12px13px15px17px
Tarix:30/09/14

Azərbaycanda “Elektron hökumət”in tətbiqi hansı mərhələdədir?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda “Elektron hökumət” layihəsinin hansı mərhələdə olduğunu açıqlayıb.
 
 
Azərbaycan “Elektron hökumət” layihəsinin reallaşdırılması üçün xeyli yol qət edib və demək olar ki,  4 mərhələni uğurla başa çatdırıb. Hazırda 5-ci mərhələnin tam şəkildə həyata keçirilməsi üçün işlər uğurla davam etdirilir. Beşinci mərhələdə hökumət bütün hüquqi və fiziki şəxslər və sadə vətəndaşlar üçün onlayn sənəd mübadiləsi formasında e-xidmətlərin göstərilməsini həyata keçirir.
 
 
Məlumat üçün bildirək ki, birinci mərhələdə dövlət orqanları interneti mənimsəməyə başlayır və milli şəbəkə seqmentində müxtəlif müəssisələrin bir sıra saytları yaradılır. Lakin bu saytlar sırf informasiya emalı funksiyasını daşıyır.
 
İkinci mərhələdə sözügedən saytlarda yenilənən kontentin həcmi artır. Orada xəbərlər, hüquqi sənədlər və rəsmi elanlar yerləşdirilir, yeni xidmətlərin hesabına işin rahatlığı artır (misal olaraq sayt üzrə axtarışı göstərmək olar), interaktivliyin qismən təmin olunması (vətəndaş-qurumlarla əks-əlaqənin yaradılması üçün vacib olan elektron poçt) baş verir və s.
 
Üçüncü mərhələdə saytların yüksəksəviyyəliinteraktivliyi həyata keçirilir. Dövlət portalları biznes sektorunun və vətəndaşların konkret kateqoriyalı nümayəndələrinə müxtəlif təkliflər edir, autentifikasiya mexanizmləri tətbiq olunur.
 
Dördüncü mərhələdə istifadəçilər qarşılıqlı əlaqə imkanları əldə edir və elektron müraciətlər edə bilirlər. Vətəndaşlar internet vasitəsi ilə müxtəlif sənədlər (şəhadətnamələr, lisenziyalar, sertifikatlar, qarşılıqlı icazələr və s.) əldə edə bilir, eyni zamanda dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən yararlanaraq, onlayn ödənişlər edə bilirlər.
 
 
CAHANGİR
 



Baxış sayı: 1397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024