Tarix:30/09/14
Bu istiqamətlərdə dissertasiya işlərinin ekspertizası, elmi tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi məsələləri tədqiq edilir, e-elmin inkişafının yeni istiqaməti sayılan vətəndaş elminin təşəkkülü və perspektiv məsələləri araşdırılır, metod, alqoritm və mexanizmlər işlənilir.
Eyni zamanda e-elmin informasiya təminatının formalaşdırılması istiqamətində aparılan tədqiqatlar çərçivəsində Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi məsələləri tədqiq olunur.
Bu barədə İTİ-nin şöbə müdiri Təhmasib Fətəliyev rəhbərlik etdiyi 3 saylı şöbənin 9 aylıq hesabatını təqdim edərkən məlumat verib. İnstitutdan qeyd edilib ki, şöbə müdiri elmi tədqiqat işləri çərçivəsində görülən işlərdən danışaraq, elmmetriyanın formalaşması və inkişafı problemlərindən söz açıb. Şöbənin elmi-innovasiya fəaliyyətinə dair məlumatları diqqətə çatdıran məruzəçi Prezident yanında Elmin İnkişafı Fondunun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) maliyyələşdirdiyi, elmi rəhbəri olduğu qrant layihəsi çərçivəsində görülmüş işlər haqqında da danışıb. T.Fətəliyev, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb.
Qeyd edib ki, beynəlxalq elmi əməkdaşlığın inkişafı məqsədi ilə İstanbul Texniki Universiteti, Belarus MEA-nın Birləşdirilmiş İnformasiya Problemləri İnstitutu ilə elmi əməkdaşlıq əlaqələri qurulub.
Həqiqət İSABALAYEVA
“E-hökumət”in tərkib hissəsi olan elektron elmin formalaşması problemlərinə dair İnformasiya Texnologiyaları İnstitutunda araşdırmalar aparılır
Respublikada həyata keçirilən “E-hökumət”in tərkib hissəsi olan elektron elmin formalaşması problemlərinə dair AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) araşdırmalar aparılır.Bu istiqamətlərdə dissertasiya işlərinin ekspertizası, elmi tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi məsələləri tədqiq edilir, e-elmin inkişafının yeni istiqaməti sayılan vətəndaş elminin təşəkkülü və perspektiv məsələləri araşdırılır, metod, alqoritm və mexanizmlər işlənilir.
Eyni zamanda e-elmin informasiya təminatının formalaşdırılması istiqamətində aparılan tədqiqatlar çərçivəsində Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi məsələləri tədqiq olunur.
Bu barədə İTİ-nin şöbə müdiri Təhmasib Fətəliyev rəhbərlik etdiyi 3 saylı şöbənin 9 aylıq hesabatını təqdim edərkən məlumat verib. İnstitutdan qeyd edilib ki, şöbə müdiri elmi tədqiqat işləri çərçivəsində görülən işlərdən danışaraq, elmmetriyanın formalaşması və inkişafı problemlərindən söz açıb. Şöbənin elmi-innovasiya fəaliyyətinə dair məlumatları diqqətə çatdıran məruzəçi Prezident yanında Elmin İnkişafı Fondunun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) maliyyələşdirdiyi, elmi rəhbəri olduğu qrant layihəsi çərçivəsində görülmüş işlər haqqında da danışıb. T.Fətəliyev, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb.
Qeyd edib ki, beynəlxalq elmi əməkdaşlığın inkişafı məqsədi ilə İstanbul Texniki Universiteti, Belarus MEA-nın Birləşdirilmiş İnformasiya Problemləri İnstitutu ilə elmi əməkdaşlıq əlaqələri qurulub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1161
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır