Tarix:30/09/14
Tədbirdə Avropa Komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edəcəklər.
Onlara “HORİZON 2020”-nin İKT proqramları və layihələrində iştiraketmə qaydaları barədə məlumat veriləcək. Bundan əlavə, noyabrın 11-də “Kempinski hotel”, Badamdarda “IncoNet EaP”, “EECA-2-HORIZON” və “EAST-HORIZON” layihələrinin növbəti iclasları və birgə klaster iclası keçiriləcək. Akademiyadan verilən məlumata görə, noyabrın 12-də Avropanın Texnoloji Platformaları (ETP) və elmi tədqiqat şəbəkələri ilə əlaqələrin qurulması və dəstəklənməsinə dair iclas, noyabrın 14-də isə “EAST-HORIZON” layihəsinin Azərbaycan tədqiqatçıları üçün “HORİZON 2020” Çərçivə Proqramında iştirak etmək qaydalarına dair təlimin keçirilməsi planlaşdırılır.
Tədbirlərdə Almaniya, Avstriya, İtaliya, Fransa, Macarıstan, Portuqaliya, Estoniya, Türkiyə, Polşa, Yunanıstan, İsrail, Rusiya, Belarus, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan 60 tədqiqatçının iştirakı nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
“Horizon 2020-də İKT” Məlumat günü keçiriləcək
Bu il noyabrın 13-də AMEA-nın Əsas binasında Avropa Birliyi Komissiyası, AMEA və Azərbaycan təşkilatlarının iştirak etdiyi Avropa layihələrinin dəstəyi ilə “HORİZON 2020-də İKT” Məlumat günü keçiriləcək.Tədbirdə Avropa Komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edəcəklər.
Onlara “HORİZON 2020”-nin İKT proqramları və layihələrində iştiraketmə qaydaları barədə məlumat veriləcək. Bundan əlavə, noyabrın 11-də “Kempinski hotel”, Badamdarda “IncoNet EaP”, “EECA-2-HORIZON” və “EAST-HORIZON” layihələrinin növbəti iclasları və birgə klaster iclası keçiriləcək. Akademiyadan verilən məlumata görə, noyabrın 12-də Avropanın Texnoloji Platformaları (ETP) və elmi tədqiqat şəbəkələri ilə əlaqələrin qurulması və dəstəklənməsinə dair iclas, noyabrın 14-də isə “EAST-HORIZON” layihəsinin Azərbaycan tədqiqatçıları üçün “HORİZON 2020” Çərçivə Proqramında iştirak etmək qaydalarına dair təlimin keçirilməsi planlaşdırılır.
Tədbirlərdə Almaniya, Avstriya, İtaliya, Fransa, Macarıstan, Portuqaliya, Estoniya, Türkiyə, Polşa, Yunanıstan, İsrail, Rusiya, Belarus, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan 60 tədqiqatçının iştirakı nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1280
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır