Tarix:30/09/14
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Data Center Plan” (DCP) komandasına daxil olan şirkətlərin nümayəndələrinin də iştirak etdiyi danışıqlarda məqsəd Azərbaycanda biznesin bu yeni istiqamətini inkişaf etdirməkdir.
Layihə çərçivəsində Azərbaycan, Sloveniya və Çexiyada təşkil olunmuş çoxtərəfli görüşlər nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən özəl və dövlət qurumları üçün uyğun bir model seçilmiş, biznes plan hazırlanıb. Hazırkı mərhələdə layihəyə maraq göstərən dövlət qurumlarının və şirkətlərin işçi qruplarının təcrübə mübadiləsi və mövcud sistemlərlə tanışlığı məqsədilə Sloveniya, Çex Respublikası və Rumıniyaya səfərləri planlaşdırılıb.
Azərbaycanın telekommunikasiya qurumları ilə “Cybernet” şirkəti və DCP üzvlərinin görüşü effektivliyi ilə seçilərək, növbəti mərhələdə 2 həftəlik təlim, tədris, analiz və təcrübə mübadiləsi proqramının hazırlanması planlaşdırılıb.
Qeyd edək ki, “Cybernet” şirkəti 2013-cü ildən, “IBM”, “Legrand” və “Caterpillar” şirkətlərinin də üzv olduğu, DCP komandasına üzv olub. Data mərkəzlərin qurulması sahəsində geniş təcrübəyə malik DCP qrupuna Fransa, ABŞ, Rumıniya, Sloveniya, Çexiyadan və s. ölkələrdən olan bir sıra informasiya texnologiyaları, avadanlıq istehsalı, sənaye, tikinti və konsaltinq şirkətləri daxildir. 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İKT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq edir. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərin yaradılmasında böyük təcrübəyə malikdir.
Aynur Vəliyeva
“Cybernet” şirkəti yerli şirkətlərlə data mərkəzlərinin qurulması ilə bağlı danışıqlar aparır
Azərbaycanda irihəcmli və müasir tələblərə cavab verən məlumat mərkəzlərinin (data mərkəzlərin) qurulması məqsədilə sentyabr ayı ərzində "Synergy Group"un üzvü olan “Cybernet” şirkətinin təşkilatçılığı ilə bir sıra dövlət qurumları və özəl şirkətlərlə danışıqlar aparılıb.Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Data Center Plan” (DCP) komandasına daxil olan şirkətlərin nümayəndələrinin də iştirak etdiyi danışıqlarda məqsəd Azərbaycanda biznesin bu yeni istiqamətini inkişaf etdirməkdir.
Layihə çərçivəsində Azərbaycan, Sloveniya və Çexiyada təşkil olunmuş çoxtərəfli görüşlər nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən özəl və dövlət qurumları üçün uyğun bir model seçilmiş, biznes plan hazırlanıb. Hazırkı mərhələdə layihəyə maraq göstərən dövlət qurumlarının və şirkətlərin işçi qruplarının təcrübə mübadiləsi və mövcud sistemlərlə tanışlığı məqsədilə Sloveniya, Çex Respublikası və Rumıniyaya səfərləri planlaşdırılıb.
Azərbaycanın telekommunikasiya qurumları ilə “Cybernet” şirkəti və DCP üzvlərinin görüşü effektivliyi ilə seçilərək, növbəti mərhələdə 2 həftəlik təlim, tədris, analiz və təcrübə mübadiləsi proqramının hazırlanması planlaşdırılıb.
Qeyd edək ki, “Cybernet” şirkəti 2013-cü ildən, “IBM”, “Legrand” və “Caterpillar” şirkətlərinin də üzv olduğu, DCP komandasına üzv olub. Data mərkəzlərin qurulması sahəsində geniş təcrübəyə malik DCP qrupuna Fransa, ABŞ, Rumıniya, Sloveniya, Çexiyadan və s. ölkələrdən olan bir sıra informasiya texnologiyaları, avadanlıq istehsalı, sənaye, tikinti və konsaltinq şirkətləri daxildir. 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İKT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq edir. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərin yaradılmasında böyük təcrübəyə malikdir.
Aynur Vəliyeva
Baxış sayı: 1252
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır