12px13px15px17px
Tarix:01/10/14

“PayPal” müstəqil şirkət olacaq

ABŞ-ın “eBay” korporasiyası 2015-ci ildə öz biznesini iki ayrı müstəqil şirkətə (eBay və PayPal) böləcək.
 
Bu, hər iki şirkətə öz biznes sahəsinə köklənməyə imkan verəcək, həmçinin “PayPal” və “eBay” şirkətlərinin kapitalının artması üçün yaxşı perspektiv yaradacaq.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “eBay” şirkətinin prezidenti və direktoru Con Donaxyu və əsas maliyyə direktoru Bob Svan Direktorlar şurasının müşahidəsi altında biznesin bölünməsinə məsuliyyət daşıyacaq. Həmçinin qeyd edilir ki, adı çəkilən şəxslərin heç biri “eBay” və ya “PayPal” şirkətlərində rəhbər rol tutmayacaqlar. Onların yeni şirkətlərin Direktorlar şurasına daxil olacağı gözlənilir.
 
“eBay Marketplaces”in indiki prezidenti Devid Veniq yeni “eBay”ın baş direktoru olacaq, “eBay Marketplaces” və “eBay Enterprise” istiqamətlərinə rəhbərlik edəcək.
 
Den Şulman “PayPal” şirkətinin prezidenti təyin edilib.
 
“EBay” şirkəti internet ticarəti üzrə dünya liderlərindən biridir. Gəliri 9,9 milyard dollar, dövriyyəsi 85 milyard dollar təşkil edir. 8.7 milyard gəlir “EBay Marketplaces”in payına düşür. Şirkətin 149 milyon aktiv alıcısı var.
 
Hazırda “eBay” korporasiyasının tərkibinə daxil olan “PayPal” ən böyük elektron ödəmə sistemlərindən biridir. Son 12 ayda edilmiş ödənişlərin həcmi 203 milyard dollar, gəlir isə 7,2 milyard dollar təşkil edib. Şirkətin bazasında 152 milyon müştəri qeydiyyata alınıb. 2013-cü ildə “PayPal”da mobil ödənişlərin həcmi 27 milyard dollar həcmində olub.
 
Emil Hüseynov
 
 




Baxış sayı: 1005

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024