12px13px15px17px
Tarix:01/10/14

Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatına könüllülərin yığımı oktyabrın 15-də başa çatacaq

Azərbaycanın ev sahibliyi edəcəyi daha bir mötəbər tədbir - Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatına (6th e-Sports World Championship BAKU 2014)  könüllülərin yığımı davam edir. Azərbaycan Kiberidman Federasiyasından (AKF) verilən məlumata görə, proses oktyabrın 15-də başa çatacaq.
 
 Belə ki, xarici ölkələrdən böyük nümayəndə heyətlərinin səfəri ilə əlaqədar olaraq AKF tərcüməçi və texniki assistent (Təşkilat Komitəsinin iqamətgahında işləmək; qonaqların qarşılanması və yola salınması; yarışların gedişində lazımi köməyin göstərilməsi üçün), həmçinin tədbir zamanı oyunları idarə etmək üçün hakim seçimi elan edib. Namizədlərə qarşı bir sıra tələblər irəli sürülür: hakimlər ingilis dilini bilməli; çempionatın  rəsmi oyunlarından (“Tekken Tag Tournament 2”; “Star Craft 2”; “Ultra Street Fighter IV”; “DOTA 2”; “HearthStone”) ən azı bir növü üzrə qaydalarla bağlı dərin və tam biliklərə sahib olmalıdırlar.
 
Tərcüməçilər də ingilis dilini yaxşı bilməli və iş təcrübəsinə malik olmalıdırlar. Texniki assistentlərə gəlincə, onlardan orqtexnika və kompüterlə bağlı biliklərə sahib olmaq; eyni zamanda məsuliyyətlilik tələb edilir.
 
Doldurulmuş anketlər “referee”, “support” və “translator” mövzusu ilə “volunteer@iesf.az” elektron ünvanına göndərilməlidir. Ərizələr 2014-cü il oktyabrın 15-dək qəbul olunacaq.
 
 
Qeyd edək ki, Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sports Federation)  himayəsi altında dünya kiber idmançılarının  səbirsizliklə gözlədikləri möhtəşəm tədbir bu il noyabrın 12-16-da keçiriləcək. Sözügedən tədbir şəhərin ən möhtəşəm məkanlarından biri olan “Crystall Hall”-da təşkil olunacaq.
 
 Oyunçuların “Fairmont Baku Flame Towers” otelində yerləşdirilməsinə qərar verilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1256

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024