Tarix:01/10/14
Şirkət sosial şəbəkəni bağlamaq barədə niyyətini iyunun 30-da açıqlayıb. “Orkut”-dan şəxsi məlumatları "Google Takeout” ilə 30 sentyabr 2016-cı ilədək köçürmək mümkün olacaq. Həmçinin yüklənmiş fotoşəkilləri “Google+” sosial şəbəkəsinə köçürməyə imkan yaradılıb.
ABŞ şirkətinin rəhbərliyi istifadəçilərə minnətdarlığını bildirib və servisin bağlanmasına görə üzr istəyərək daha populyar servislərdən istifadəni məsləhət görüb.
“Orkut”un bağlanması elan edildikdən sonra Braziliyada “VKontakte” sosial şəbəkəsinin istifadəçilərinin sayı iki sutka ərzində 2000 faiz artıb. Bundan başqa, braziliyalılar arasında “iOS” platforması üçün “ICQ” məlumat mübadilə servisinin mobil versiyası "App Store” mağazasında ən populyar əlavəyə çevrilib.
Xatırladaq ki, “Orkut” şəbəkəsi 10 il əvvəl yaradılıb və bir sıra ölkələrdə populyar olub. Lakin “Facebook” sosial şəbəkəsi yarandıqdan sonra “Google” layihəsi rəqabətə dözməyib. Bu səbəbdən internet şirkəti digər layihəni - “Google+” sosial şəbəkəsini inkişaf etdirməyə başlayıb, - “DailyComm” yazır.
“Google” şirkətinin ilk sosial şəbəkəsi fəaliyyətini dayandırıb
Sentyabrın 30-u “Google” şirkətinin ilk sosial şəbəkəsi "Orkut” üçün sonuncu gün olub. Belə ki, Braziliya və Hindistan kimi bir sıra inkişaf etməkdə olan ölkələrdə populyar olan "Orkut” layihəsi kommersiya baxımından sərfəli olmadığına görə fəaliyyəti dayandırılıb.Şirkət sosial şəbəkəni bağlamaq barədə niyyətini iyunun 30-da açıqlayıb. “Orkut”-dan şəxsi məlumatları "Google Takeout” ilə 30 sentyabr 2016-cı ilədək köçürmək mümkün olacaq. Həmçinin yüklənmiş fotoşəkilləri “Google+” sosial şəbəkəsinə köçürməyə imkan yaradılıb.
ABŞ şirkətinin rəhbərliyi istifadəçilərə minnətdarlığını bildirib və servisin bağlanmasına görə üzr istəyərək daha populyar servislərdən istifadəni məsləhət görüb.
“Orkut”un bağlanması elan edildikdən sonra Braziliyada “VKontakte” sosial şəbəkəsinin istifadəçilərinin sayı iki sutka ərzində 2000 faiz artıb. Bundan başqa, braziliyalılar arasında “iOS” platforması üçün “ICQ” məlumat mübadilə servisinin mobil versiyası "App Store” mağazasında ən populyar əlavəyə çevrilib.
Xatırladaq ki, “Orkut” şəbəkəsi 10 il əvvəl yaradılıb və bir sıra ölkələrdə populyar olub. Lakin “Facebook” sosial şəbəkəsi yarandıqdan sonra “Google” layihəsi rəqabətə dözməyib. Bu səbəbdən internet şirkəti digər layihəni - “Google+” sosial şəbəkəsini inkişaf etdirməyə başlayıb, - “DailyComm” yazır.
Baxış sayı: 1050
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib