Tarix:02/10/14
İlk növbədə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində “Big Data” problemlərinin tədqiqi və analizi mövzusu üzrə: terminin yaranma tarixi, böyük verilənlərin yaranmasını şərtləndirən amillər, onları digər verilənlərdən fərqləndirən xarakteristikalar, 3V konsepsiyası, ənənəvi üsulların köməyi ilə emal və analiz oluna bilməyən böyük verilənlər üçün yanaşmalar, yeni nəsil texnologiyalar, alətlər, mövcud elmi-nəzəri problemlər və s. ilkin analitik təhlillər aparılır və araşdırmalar davam etdirilir.
Bu barədə şöbənin cari il üzrə 9 aylıq hesabatını təqdim edən İTİ-nin layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova məlumat verib. İTİ-dən bildirilib ki, məruzəçi ikinci “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda elmi tədqiqat işi üzrə araşdırmaların yekunlaşdırıldığını və institutun elmi seminarında müzakirəyə təqdim olunduğunu qeyd edib:
“Elmi-innovasiya işləri çərçivəsində “e-elm” proqramı layihəsinin həyata keçirilməsi mövzusu ətrafında elm sahələrinin təsnifatlaşdırılması məsələləri üzrə YUNESKO tərəfindən ayrı-ayrı dövrlərdə qəbul olunmuş nomenklaturalar, ABŞ, Avstraliya, Yeni Zelandiya, Rusiya kimi dövlətlərin elm sahələrinin standartları araşdırılıb, e-elm mühitində elmin idarə olunması problemlərinə baxılıb və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin “Elektron sənəd dövriyyəsi texnologiyaları” ekspress informasiya kitabı hazırlanır”.
Həqiqət İSABALAYEVA
İnformasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərində elmi tədqiqat işləri aparılır
AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 1 saylı şöbəsində iki əsas - informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərində elmi tədqiqat işləri aparılır.İlk növbədə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində “Big Data” problemlərinin tədqiqi və analizi mövzusu üzrə: terminin yaranma tarixi, böyük verilənlərin yaranmasını şərtləndirən amillər, onları digər verilənlərdən fərqləndirən xarakteristikalar, 3V konsepsiyası, ənənəvi üsulların köməyi ilə emal və analiz oluna bilməyən böyük verilənlər üçün yanaşmalar, yeni nəsil texnologiyalar, alətlər, mövcud elmi-nəzəri problemlər və s. ilkin analitik təhlillər aparılır və araşdırmalar davam etdirilir.
Bu barədə şöbənin cari il üzrə 9 aylıq hesabatını təqdim edən İTİ-nin layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova məlumat verib. İTİ-dən bildirilib ki, məruzəçi ikinci “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda elmi tədqiqat işi üzrə araşdırmaların yekunlaşdırıldığını və institutun elmi seminarında müzakirəyə təqdim olunduğunu qeyd edib:
“Elmi-innovasiya işləri çərçivəsində “e-elm” proqramı layihəsinin həyata keçirilməsi mövzusu ətrafında elm sahələrinin təsnifatlaşdırılması məsələləri üzrə YUNESKO tərəfindən ayrı-ayrı dövrlərdə qəbul olunmuş nomenklaturalar, ABŞ, Avstraliya, Yeni Zelandiya, Rusiya kimi dövlətlərin elm sahələrinin standartları araşdırılıb, e-elm mühitində elmin idarə olunması problemlərinə baxılıb və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin “Elektron sənəd dövriyyəsi texnologiyaları” ekspress informasiya kitabı hazırlanır”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2101
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır