12px13px15px17px
Tarix:02/10/14

“Elektron hökumət” portalının istifadəçiləri istənilən elektron xidmətlə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya biləcəklər


“Elektron hökumət” portalında “Əks-əlaqə” və “Müraciətlər” adlı xüsusi bölmə hazırlanıb.
 
Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bölmə portal üzərindən təqdim edilən xidmətlərin istifadəsi ilə əlaqədar vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əks-əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin edilməsi, müraciətlərin xidmət təminatçısı tərəfindən cavablandırılması, xidmətdən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tutulması və sair üçün nəzərdə tutulub.
 
Vətəndaşlar portalda “Müraciətlər” bölməsinə daxil olaraq (həmçinin hər bir e-xidmət səhifəsində olan “Əks-əlaqə” düyməsini seçməklə) istənilən elektron xidmətlə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya və verilən cavabları izləyə biləcəklər. Sistemdə vətəndaş ilə xidmət təminatçısı arasında passiv rejimdə dialoq aparılır və bütün yazışmalar arxivləşdirilir.
 
Noyabrın 1-dən başlayaraq sistemin tam şəkildə istismara verilməsi planlaşdırılır və həmin tarixdən sonra vətəndaşlardan daxil olan müraciətlər, onların cavablandırılması barədə statistik məlumatlar onlayn rejimdə portalda qurumlar üzrə yerləşdiriləcək və aylıq “Elektron hökumət” bülletenlərində dərc ediləcək.
 
Dövlət qurumları daxil olan müraciətləri cavablandıracaq məsul şəxslər barədə məlumatları Məlumat Hesablama Mərkəzinə siyahı şəklində təqdim edəcək və həmin şəxslər sistemdə tanıtdırılacaq.
 
Eyni zamanda sistemin idarəolunması və istismarı üzrə aidiyyəti əməkdaşlar üçün MHM-də xüsusi treninqlərin keçirilməsi planlaşdırılır.
 
CAHANGİR
 



Baxış sayı: 1729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024