Tarix:02/10/14
Azərbaycanın ilk sənaye portalı – "www.e-senaye.az" yaradılıb.
"Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadənin verdiyi məlumata görə, bu gün təqdimatı keçirilmiş Elektron Sənaye Portalı (www.e-senaye.az) adıçəkilən birlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb.
Onun sözlərinə görə, bu ideya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında "sənaye ili" elan edilməsi ilə bağlı yaranıb və layihə çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyindən də informasiya dəstəyi alınıb.
Layihə koordinatoru elektron sənaye portalının funksiyaları haqqında danışaraq bildirib ki, bu, çoxfunksiyalı bir portal olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəssisələr üçün geniş imkanlar təqdim edir. Belə ki, hər bir şirkət portalda qeydiyyatdan keçərək standart və yaxud VİP üzvlük statusu alır. Üzvlük statusundan asılı olaraq, öz müəssisələri haqqında informasiyaları, xəbərləri, xidmətləri, məhsulları, fotosessiyaları və video çarxları birbaşa və ya sayt admini vasitəsi ilə bu portalda yayımlaya bilir.
C.Hüseynzadə həmçinin əlavə edib ki, layihə icraçıları tərəfindən 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-ə yaxın sənaye məhsulu haqqında materiallar ilkin olaraq elektron sənaye portalı bazasına daxil edilib. Bundan başqa müəssisələrin tanıtım və xəbər foto-video xəbərləri də bazaya yerləşdirilib.
CAHANGİR
Azərbaycanın ilk sənaye portalı fəaliyyətə başlayıb
Azərbaycanın ilk sənaye portalı fəaliyyətə başlayıbAzərbaycanın ilk sənaye portalı – "www.e-senaye.az" yaradılıb.
"Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadənin verdiyi məlumata görə, bu gün təqdimatı keçirilmiş Elektron Sənaye Portalı (www.e-senaye.az) adıçəkilən birlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb.
Onun sözlərinə görə, bu ideya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında "sənaye ili" elan edilməsi ilə bağlı yaranıb və layihə çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyindən də informasiya dəstəyi alınıb.
Layihə koordinatoru elektron sənaye portalının funksiyaları haqqında danışaraq bildirib ki, bu, çoxfunksiyalı bir portal olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəssisələr üçün geniş imkanlar təqdim edir. Belə ki, hər bir şirkət portalda qeydiyyatdan keçərək standart və yaxud VİP üzvlük statusu alır. Üzvlük statusundan asılı olaraq, öz müəssisələri haqqında informasiyaları, xəbərləri, xidmətləri, məhsulları, fotosessiyaları və video çarxları birbaşa və ya sayt admini vasitəsi ilə bu portalda yayımlaya bilir.
C.Hüseynzadə həmçinin əlavə edib ki, layihə icraçıları tərəfindən 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-ə yaxın sənaye məhsulu haqqında materiallar ilkin olaraq elektron sənaye portalı bazasına daxil edilib. Bundan başqa müəssisələrin tanıtım və xəbər foto-video xəbərləri də bazaya yerləşdirilib.
CAHANGİR
Baxış sayı: 1887
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib