12px13px15px17px
Tarix:03/10/14

Elektron Təhlükəsizlik Mərkəzi elektron poçta gələn ziyanverici “Adobe Invoice.doc.” faylından ehtiyatlı olmağa çağırıb

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi   “Adobe İnvoice” mövzusu ilə göndərilən e-poçt vasitəsilə yayılan yeni troyandan ehtiyatlı olmağa çağırıb.

Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu  saxta e-poçt mesajı “Adobe Billing” istifadəçi adı ilə  “billing@adobe.com” e-poçt ünvanı vasitəsi ilə göndərilir və “Dear Customer, Thank you for signing up for Adobe Creative Cloud Service. Attached is your copy of the invoice. Thank you for your purchase. Thank you, The Adobe Team Adobe Creative Cloud Service” mətnindən ibarət olur.
 
Göndərilən e-poçta əlavə olunmuş faylın adı “Adobe Invoice.doc.”-dur və  42 kb həcmindədir.
 
Bu troyan “W97M.Dropper.F”, “VBA/TrojanDownloader.Agent.AZ”, “MSOffice/Agent!tr” və ya “Win32.Trojan.Macro.Dxmz.” adı ilə tanınır.
 
ETM e-poçtunuza bu mövzuda daxil olmuş  mesajdakı əlavə olunmuş faylı yükləməməyi və həmin mesajı dərhal silməyi tövsiyə edir. 
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 1691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024