12px13px15px17px
Tarix:08/10/14

“Azərkosmos” türk kanallarının yayım tezliyinin dəyişməsini elan edib

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti türk kanallarının yayım tezliyinin dəyişməsini elan edib.
 
“Azərkosmos”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, artıq televiziya izləyiciləri “Kanal D”, “Star TV”, “TV8 Int”, “Show TV”,”ATV”, “NTV Int”, “CanAzerbaycan TV”, “Zuhur TV” kimi kanallarını yeni 11015 H 30000 tezliyində izləyə bilərlər.
 
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.
 
 Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024