Tarix:08/10/14
“Nar Mobile” ticarət nişanıyla fəaliyyət göstərən “Azerfon” şirkəti ilə “Pal Food” MMC, “Palmalife” MMC və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında ikiillik tərəfdaşlıq müqavilələri imzalandı. 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmalara əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürdülər. Eyni zamanda, “Azerfon” şirkəti və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında imzalanmış sponsorluq razılaşmasına görə, “Azerfon” şirkəti “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə onun tərəfdaşı oldu.
Ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermiş bir holdinqlə imzalanmış bu razılaşmadan son dərəcə məmnun olduğunu ifadə edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, müxtəlif sahələrdə ixtisaslaşmış “Palmali” şirkətlər qrupunun uğurlu fəaliyyətini yüksək qiymətləndirdi. Son illər “Nar Mobile” mobil operatorunun nəzərəçarpacaq uğurlara imza atdığını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğuladı.
Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması qida sənayesi, turizm və idman sahələrində öz sözünü demiş müəssisələr və ölkənin aparıcı mobil operatoru arasında bütün səviyyələrdə uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında imzalanmış sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirildi ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaqdır.
RƏVAN
“Azerfon” və “Palmali” tərəfdaşlıq müqaviləsi bağladılar
Tərəflər arasında ikiillik korporativ xidmət razılaşması imzalandı“Nar Mobile” ticarət nişanıyla fəaliyyət göstərən “Azerfon” şirkəti ilə “Pal Food” MMC, “Palmalife” MMC və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında ikiillik tərəfdaşlıq müqavilələri imzalandı. 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmalara əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürdülər. Eyni zamanda, “Azerfon” şirkəti və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında imzalanmış sponsorluq razılaşmasına görə, “Azerfon” şirkəti “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə onun tərəfdaşı oldu.
Ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermiş bir holdinqlə imzalanmış bu razılaşmadan son dərəcə məmnun olduğunu ifadə edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, müxtəlif sahələrdə ixtisaslaşmış “Palmali” şirkətlər qrupunun uğurlu fəaliyyətini yüksək qiymətləndirdi. Son illər “Nar Mobile” mobil operatorunun nəzərəçarpacaq uğurlara imza atdığını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğuladı.
Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması qida sənayesi, turizm və idman sahələrində öz sözünü demiş müəssisələr və ölkənin aparıcı mobil operatoru arasında bütün səviyyələrdə uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında imzalanmış sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirildi ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaqdır.
RƏVAN
Baxış sayı: 931
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır