Tarix:09/10/14
Aparat orbitə ağır “H-2А” raketdaşıyıcısı vasitəsilə çıxarılıb. Bu barədə “JAXA” Milli Aerokosmik Agentliyi bəyan edib.
“Himawari 8” informasiyanı bu seriyadan olan əvvəlki peyklə müqayisədə 50 dəfə çox almağa qadirdir. Məsələn, peyk hər 2,5 dəqiqədə rəngli 16 tip müxtəlif şəkil çəkir. Yaponiyanın əvvəlki peykləri yarım saatdan bir şəkil çəkə bilib.
Mütəxəssislərin fikrincə, “Himawari 8” peykində quraşdırılan aparatura atmosfer axınlarını izləmək, o cümlədən qasırğaların hərəkət istiqamətini və vulkan püskürmələri nəticəsində əmələ gələn kül tullantılarını müəyyənləşdirmək imkanlarını xeyli yaxşılaşdıracaq.
Peyk həmçinin Yer səthinin müxtəlif hissələrinə düşən günəş işığının sayını 1 kv.km dəqiqliklə qiymətləndirə bilən avadanlıqla təchiz edilib. Ekspertlərin hesablamalarına görə, bu, günəş batareyaları ilə işləyən elektrik stansiyalarının fəaliyyətini daha effektiv koordinasiya etməyə imkan verəcək. “Himawari 8” vasitəsilə stansiyaları sabit enerji axını hasil edən vahid sistemdə birləşdirmək mümkün olacaq, - “www.itar-tass.com” yazır.
Yaponiya kosmosa yeni nəsil meteoroloji peyk göndərib
Yaponiyanın günəş batareyaları ilə işləyən elektrik stansiyaların fəaliyyətini əlaqələndirən yeni nəsil “Himawari 8” meteoroloji peyki ölkənin Taneqasima adasındakı yeganə kosmodromundan buraxılıb.Aparat orbitə ağır “H-2А” raketdaşıyıcısı vasitəsilə çıxarılıb. Bu barədə “JAXA” Milli Aerokosmik Agentliyi bəyan edib.
“Himawari 8” informasiyanı bu seriyadan olan əvvəlki peyklə müqayisədə 50 dəfə çox almağa qadirdir. Məsələn, peyk hər 2,5 dəqiqədə rəngli 16 tip müxtəlif şəkil çəkir. Yaponiyanın əvvəlki peykləri yarım saatdan bir şəkil çəkə bilib.
Mütəxəssislərin fikrincə, “Himawari 8” peykində quraşdırılan aparatura atmosfer axınlarını izləmək, o cümlədən qasırğaların hərəkət istiqamətini və vulkan püskürmələri nəticəsində əmələ gələn kül tullantılarını müəyyənləşdirmək imkanlarını xeyli yaxşılaşdıracaq.
Peyk həmçinin Yer səthinin müxtəlif hissələrinə düşən günəş işığının sayını 1 kv.km dəqiqliklə qiymətləndirə bilən avadanlıqla təchiz edilib. Ekspertlərin hesablamalarına görə, bu, günəş batareyaları ilə işləyən elektrik stansiyalarının fəaliyyətini daha effektiv koordinasiya etməyə imkan verəcək. “Himawari 8” vasitəsilə stansiyaları sabit enerji axını hasil edən vahid sistemdə birləşdirmək mümkün olacaq, - “www.itar-tass.com” yazır.
Baxış sayı: 828
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır