12px13px15px17px
Tarix:09/10/14

“Nokia” xəritəsi “Android” platformasında əlçatandır

“Nokia” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən smartfon və planşetlər üçün çoxdan gözlənilən “HERE” naviqasiya tətbiqini çıxarıb. “Google Maps”ın alternativi hələ ki beta-versiya kimi yayılır  və yalnız “Samsung”un qurğularında əlçatandır.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Nokia”nın xəritəsi istənilən “Galaxy”-qurğu ilə uyğundur, “Galaxy Apps” onlayn mağazasından ödənişsiz yükləmək olar.
 
“Nokia” və “Samsung”un əməkdaşlığı hər iki tərəf üçün faydalıdır. Finlandiya şirkəti öz mobil bölməsini “Microsoft”a sataraq “Windows Phone” platformasına bağlanmaqdan xilas olub və hazırda başqa əməliyyat sistemlərinin hesabına bazar payını artıra bilər. Koreya şirkəti, öz növbəsində, “Google”un xidmətlərindən asılılığını azaltmaq imkanı əldə edib.
 
“HERE” xəritəsi 100-dən çox ölkə üçün oflayn-rejim, sürücü və piyadalar üçün addım-addım səsli göstərişlər, tıxaclar haqda məlumatları əks etdirən ictimai nəqliyyat marşrutlarının xəritəsini əhatə edir. İstifadəçilər seçilmiş yerləri "Kolleksiya"da yadda saxlaya bilər.
 
Emil Hüseynov
 



Baxış sayı: 970

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024