12px13px15px17px
Tarix:09/10/14

Google Glass” Dubay polisinə cinayətkarları tanımağa kömək edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Google Glass” əlavə reallıq eynəyi üçün insanları tanıma proqramı hazırlanır.

Proqram vasitəsilə polislər vətəndaşın axtarışda olan şübhəli şəxslər bazasında olub-olmamasını yoxlaya biləcəklər.

Hazırda Dubay polisinin sərəncamında cəmi dörd belə eynək var, lakin növbəti ilin əvvəlinə təyin edilən sınaqların nəticələri üzrə yeni qurğuların alınması ilə bağlı qərarın qəbul edilməsi planlaşdırılır. Artıq Dubay polisi “Google Glass” eynəyindən axtarışda olan avtomobillərin identifikasiyası və sürət həddini ötmə hallarının müəyyənləşdirilməsi üçün istifadə edir.
 
“Google” şirkəti rəsmən "Google Glass” eynəyində insanların tanınması üçün proqramları quraşdırmağa icazə vermir. Bu, şəxsi həyatın məxfiliyinin mühafizəsinin zəruriliyi ilə izah edilir. Lakin tərtibatçılara “Google”un rəsmi kanallarından yan keçərək proqram yaratmağa və onları qurğuya yükləməyə heç nə mane olmur. Bu proqramlardan biri “FacialNetwork” şirkəti tərəfindən hazırlanıb və "NameTag” adlanır. ABŞ senatoru El Frankenin təkidi ilə şirkət proqramın buraxılışının təxirə salınmasına razılıq verib. İnsanların tanınması sistemi üçün öz variantını “Lambda Labs” şirkəti də təklif edib. Lakin bu vaxtadək polis tərəfindən "Google Glass” eynəyindən istifadə barədə məlumat olmayıb.
 
Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.    
 
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
 
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə “Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur, - “Computerworld ” yazır. 
 



Baxış sayı: 838

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024