12px13px15px17px
Tarix:10/10/14

Məlumat Hesablama Mərkəzinin “157” Zəng Mərkəzi yeni platformaya keçirilib

Məlumat Hesablama Mərkəzinin "157" Zəng Mərkəzi yeni platformaya keçirilib. Artıq Zəng Mərkəzində "Elektron hökumət" portalı, "E-imza" sertifikatları ilə yanaşı, "AzDataCom", rabitə və kommunal xidmət borcları, "MilliÖN", "Qoldenpay" və "Easypay" vasitəsilə aparılan ödənişlər və s. ilə bağlı suallar da cavablandırılır. Mərkəz yeni proqram təminatı ilə təchiz olunub.
 
Eyni zamanda operatorlar arasında yenidən ixtisaslaşma aparılmış və texniki sualların cavablandırılması üçün müvafiq mütəxəssislər seçilmişdir. Nəzarət məqsədilə operatorların bütün cavabları onlayn qeydiyyata alınır və uzun müddətə arxivləşdirilir.
 
 
Sentyabr ayının yekunu üzrə aparılan təhlillərə əsasən Zəng Mərkəzinə gün ərzində təxminən 250-300 arası müraciətlər daxil olur.
 
Müraciətlərin sayı "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması" məsələsi ilə əlaqədar olaraq xüsusən iyul-sentyabr ayları ərzində pik həddə çatıb, gün ərzində təxminən 500-600 arası zənglər cavablandırılıb.
 
Həmin dövrdə Zəng Mərkəzinin operatorları gücləndirilmiş iş rejimində çalışaraq istifadəçilərin bütün suallarını ətraflı cavablandırıblar.
 
Müraciətlərin analizi zamanı məlum olur ki, vətəndaşların bir qismi "Elektron hökumət" portalında onlayn qeydiyyatdan keçmək üçün, bəzi elektron xidmətlərdən sona qədər istifadə edə bilmədikləri üçün müraciət edirlər. Bir qisim vətəndaşlar elektron imza kartlarından istifadə edə bilmədikləri, sənədləri elektron imza ilə imzalaya bilmədikləri üçün müraciətlər edirlər.
 
 Bəzən isə mobil cihazların "İMEİ" kodlarının portal vasitəsilə qeydiyyata alınması ilə bağlı müraciətlər daxil olur. Bütün hallarda vətəndaşlara lazımi məlumatlar verilir, texniki problemlər dərhal aradan qaldırılır və sonda istifadəçi məmnuniyyəti təmin edilir. Müraciətlər telefon borcları, telefonların borca görə bağlanılması, "MilliÖN", "Qoldenpay" və "Easypay" vasitəsilə aparılan ödənişlər üzrə də qeydə alınır. "MilliÖN" terminalları vasitəsilə edilən ödənişlərdə bəzən ödənişin vətəndaşın istədiyi xidmətə deyil, başqa xidmətə aid edildiyi hallar ola bilir.
 
 Zəng Mərkəzinin operatorları dərhal müraciəti aidiyyəti şöbələrə yönləndirir və korreksiya əməliyyatları vaxtında icra edilir. Bəzən mərkəzə MHM-ə aid olmayan müraciətlər də daxil olur ki, həmin müraciətlər də aidiyyəti qurumlara yönləndirilir.
 
 
Gün ərzində daxil edilən müraciətlər hər günün sonunda müzakirə edilir, ən çox sual yaradan və təkrarlanan texniki problemlər aidiyyəti mütəxəssislərə bildirilir.
Eyni zamanda qeyd edək ki, vətəndaşlar sual və müraciətlərini "Facebook" səhifələrimizə, "Skype" ünvanımıza və e-poçt ünvanlarımıza da göndərirlər. Həmin müraciətlər dərhal araşdırılır, müvafiq tədbirlər görülür və vətəndaşlar bu barədə məlumatlandırılırlar.
 
 
Məlumat Hesablama Mərkəzi təqdim etdiyi xidmətlərin rahat, əlverişli şəkildə istifadəsinə, bir sözlə, istifadəçi məmnuniyyətinə xüsusi əhəmiyyət verir. Görülən işlərin keyfiyyətinin artırılması, mövcud problemlərin operativ şəkildə öyrənilərək aradan qaldırılması üçün Zəng Mərkəzi müəssisəmizin işinə bir növ təkan vermiş olur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1402

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024