12px13px15px17px
Tarix:10/10/14

“AMD”-nin baş direktoru dəyişib

“Intel”dən sonra ən böyük yarımkeçirici istehsalçısı “Advanced Micro Devices” (AMD) şirkətinin direktoru Rori Rid tutduğu vəzifəni tərk edib. Yeni prezident vəzifəsinə Liza Su təyin edilib. O, şirkətin tarixində birinci qadın baş direktor olacaq.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “The New York Times” nəşri yazıb ki, 44 yaşlı Liza Su “AMD” sirkətinə iki il bundan əvvəl gəlib, bu yaxınlarda “AMD”-nin biznes-bölmələr, satışlar və dünya əməliyyatlarına cavab verərək əsas əməliyyat direktorunun vəzifələrini icra edib. Bundan əvvəl Massaçusets Texnologiya İnstitutunda elektrotexnika sahəsində həkim dərəcəsini almış top-menecer on ildən çox müddətdə “IBM” korporasiyasında müxtəlif vəzifələrdə çalışıb.

“Lenovo”nun əməkdaşı olmuş Rori Rid 2011-ci ildə “AMD” şirkətinə rəhbərlik etməyə başlayıb. O, yarımkeçirici istehsalçısını gəlirliliyə qaytarmağa nail olub. Bununla belə, bəzi sahələrdə (məsələn, x86 çipləri bazarında) şirkətin mövqeyi zəifləyib.

Ridin getmə səbəbi açıqlanmayıb.

Emil Hüseynov
 



Baxış sayı: 982

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024