Tarix:11/10/14
Bu barədə “Piper Jaffray” analitik şirkəti tərəfindən cari ilin yaz və payızında keçirilən sorğunun nəticələrindən məlum olub. Belə ki, qeyd olunan müddət ərzində 13-19 yaş arası gənclər arasında sosial şəbəkədən istifadə 72 faizdən 45 faizədək azalıb.
Bir sözlə, “Facebook”dan istifadə edirsiniz?” sualına, respondentlərin yarıdan azı müsbət cavab verib. Ən məşhur sosial şəbəkəni yeniyetmələrin tərk etməsi onların valideynlərinin qeydiyyatdan keçmədiyi “Instagram” (76 faiz) və ya “Twitter” (59 faiz) kimi daha dəbli servislərin artması ilə izah olunur.
Araşdırmanın nəticələrindən o da aydın olub ki, texnoloji şirkətlər arasında uşaqlar daha çox “Apple” məhsullarını qiymətləndirirlər, lakin onların yalnız 16 faizi bu şirkətin “ağıllı” saatlarında maraqlı olduğunu bildirib. 42 faiz qeyd edib ki, “MP3” musiqini (iTunes və digər servislərdə), 18 faiz “Pandora” radiosunu dinləyir. Kompakt disklərdən yeniyetmələrin yalnız 6 faizi istifadə edir. Bundan başqa, əksər sorğu iştirakçıları vurğulayıb ki, 2019-cu ilədək filmlərə "Netflix” onlayn kinoteatrında tamaşa edəcək, - “Vesti” yazır.
Yeniyetmələr məşhur sosial şəbəkəni tərk edir
1,3 milyardlıq auditoriyası əsasən məktəbli və tələbələr hesabına başlayan "Facebook” sosial şəbəkəsi artıq yeniyetmələrin diqqətini özünə cəlb etmir.Bu barədə “Piper Jaffray” analitik şirkəti tərəfindən cari ilin yaz və payızında keçirilən sorğunun nəticələrindən məlum olub. Belə ki, qeyd olunan müddət ərzində 13-19 yaş arası gənclər arasında sosial şəbəkədən istifadə 72 faizdən 45 faizədək azalıb.
Bir sözlə, “Facebook”dan istifadə edirsiniz?” sualına, respondentlərin yarıdan azı müsbət cavab verib. Ən məşhur sosial şəbəkəni yeniyetmələrin tərk etməsi onların valideynlərinin qeydiyyatdan keçmədiyi “Instagram” (76 faiz) və ya “Twitter” (59 faiz) kimi daha dəbli servislərin artması ilə izah olunur.
Araşdırmanın nəticələrindən o da aydın olub ki, texnoloji şirkətlər arasında uşaqlar daha çox “Apple” məhsullarını qiymətləndirirlər, lakin onların yalnız 16 faizi bu şirkətin “ağıllı” saatlarında maraqlı olduğunu bildirib. 42 faiz qeyd edib ki, “MP3” musiqini (iTunes və digər servislərdə), 18 faiz “Pandora” radiosunu dinləyir. Kompakt disklərdən yeniyetmələrin yalnız 6 faizi istifadə edir. Bundan başqa, əksər sorğu iştirakçıları vurğulayıb ki, 2019-cu ilədək filmlərə "Netflix” onlayn kinoteatrında tamaşa edəcək, - “Vesti” yazır.
Baxış sayı: 1041
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib