Tarix:13/10/14
“4chan”ın istifadəçiləri bildirib ki, təxminən 13 QB həcmində nəhəng məlumat bazasında həddi-buluğa çatmamış istifadəçilərin çoxlu şəkli var.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Snapchat” messencerinin kənar “Android”-müştərisi “SnapSave” müdaxiləyə məruz qalıb.
Anonim “4chan” forumunda yazılıb ki, məlumat sızması arasında uşaq pornoqrafiyası (“Snapchat”ın auditoriyasının yarısını 13-17 yaşında yeniyetmələr təşkil edir) çoxluq təşkil edir. Açıq-saçıq foto və videolarını mübadilə edən yeniyetmələr hesab ediblər ki, onların mesajları bir müddətdən sonra avtomatik silinəcək.
"Biz təsdiq edirik ki, “Snapchat” messencerinin serverlərinə heç vaxt müdaxilə olunmayıb və bu məlumat sızıntısının mənbəyi deyil. Snapçatterlər snapları göndərməyə və qəbul etməyə imkan verən kənar tətbiqlərin “qurban”ı olublar” – şirkətdən bildirilib.
Emil Hüseynov
“Snapchat” müştərisinə müdaxilə nəticəsində 100 mindən çox şəkil və video internetdə yerləşdirilib
Avtomatik silinən mesajların mübadiləsinə xidmət edən “Snapchat” messencerinin kənar müştərisinə edilmiş haker hücumu nəticəsində yüz mindən çox şəxsi şəkil və video internetdə yerləşdirilib.“4chan”ın istifadəçiləri bildirib ki, təxminən 13 QB həcmində nəhəng məlumat bazasında həddi-buluğa çatmamış istifadəçilərin çoxlu şəkli var.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Snapchat” messencerinin kənar “Android”-müştərisi “SnapSave” müdaxiləyə məruz qalıb.
Anonim “4chan” forumunda yazılıb ki, məlumat sızması arasında uşaq pornoqrafiyası (“Snapchat”ın auditoriyasının yarısını 13-17 yaşında yeniyetmələr təşkil edir) çoxluq təşkil edir. Açıq-saçıq foto və videolarını mübadilə edən yeniyetmələr hesab ediblər ki, onların mesajları bir müddətdən sonra avtomatik silinəcək.
"Biz təsdiq edirik ki, “Snapchat” messencerinin serverlərinə heç vaxt müdaxilə olunmayıb və bu məlumat sızıntısının mənbəyi deyil. Snapçatterlər snapları göndərməyə və qəbul etməyə imkan verən kənar tətbiqlərin “qurban”ı olublar” – şirkətdən bildirilib.
Emil Hüseynov
Baxış sayı: 997
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib