Tarix:13/10/14
Milli “Odessa Hüquq Akademiyası” Universitetinin Əqli Mülkiyyət İnstitutunda (Xarkov şosesi küç, 210, Borispol metrosu) keçiriləcək konfrans Ukraynanın Əqli Mülkiyyət Dövlət xidmətinin dəstəyi ilə təşkil olunacaq.
Bu barədə məlumat verən AMEA Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, konfransda bir çox istiqamətlər müzakirə ediləcək. Müzakirə olunacaq məsələlərə “İnnovasiya fəaliyyəti proseslərində və texnologiyaların transferində əqli mülkiyyətin aktual aspektləri”, “Biliklər iqtisadiyyatı şəraitində əqli kapitalın idarə olunması nəzəriyyəsi və praktikası”, “Elmi və elmi-texniki fəaliyyət nəticələrinin kommersiyalaşdırılması”, “Əqli mülkiyyətin dövlət hüquqi təminat sistemi, informasiya-analitik və innovasiya fəaliyyəti üçün kadrların hazırlanması”, “İnnovasiya fəaliyyətinin və beynəlxalq əməkdaşlığın informasiya-analitik təminatının qurulması və inkişafının bəzi məsələləri” daxildir.
Konfransın işçi dilləri Ukrayna, rus və ingilisdir. Daxil olmuş məruzə və tezis materialları əsasında məcmu dərc olunacaq. Konfransda alim və elmi-pedaqoji işçilərlə yanaşı, intellektual mülkiyyət sferasının mütəxəssisləri, biznes nümayəndələri, informasiya-analitik və innovasiya fəaliyyəti, innovativ iqtisadiyyatın formalaşması məsələləri ilə məşğul olan və maraqlanan hər kəs iştirak edə bilər.
Həqiqət İSABALAYEVA
“İqtisadiyyatın innovativ inkişafında intellektual mülkiyyətin rolu və əhəmiyyəti” beynəlxalq elmi-texniki konfrans keçiriləcək
2014-cü il 11-13 noyabr tarixlərində Kiyev şəhərində Milli “Odessa Hüquq Akademiyası” Universitetinin Əqli Mülkiyyət İnstitutu və Ukrayna Milli Hüquq Elmləri Akademiyasının Əqli Mülkiyyət Elmi Tədqiqat İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə birlikdə “İqtisadiyyatın innovativ inkişafında əqli mülkiyyətin rolu və əhəmiyyəti” adlı VI beynəlxalq elmi-praktiki konfrans keçirəcək.Milli “Odessa Hüquq Akademiyası” Universitetinin Əqli Mülkiyyət İnstitutunda (Xarkov şosesi küç, 210, Borispol metrosu) keçiriləcək konfrans Ukraynanın Əqli Mülkiyyət Dövlət xidmətinin dəstəyi ilə təşkil olunacaq.
Bu barədə məlumat verən AMEA Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, konfransda bir çox istiqamətlər müzakirə ediləcək. Müzakirə olunacaq məsələlərə “İnnovasiya fəaliyyəti proseslərində və texnologiyaların transferində əqli mülkiyyətin aktual aspektləri”, “Biliklər iqtisadiyyatı şəraitində əqli kapitalın idarə olunması nəzəriyyəsi və praktikası”, “Elmi və elmi-texniki fəaliyyət nəticələrinin kommersiyalaşdırılması”, “Əqli mülkiyyətin dövlət hüquqi təminat sistemi, informasiya-analitik və innovasiya fəaliyyəti üçün kadrların hazırlanması”, “İnnovasiya fəaliyyətinin və beynəlxalq əməkdaşlığın informasiya-analitik təminatının qurulması və inkişafının bəzi məsələləri” daxildir.
Konfransın işçi dilləri Ukrayna, rus və ingilisdir. Daxil olmuş məruzə və tezis materialları əsasında məcmu dərc olunacaq. Konfransda alim və elmi-pedaqoji işçilərlə yanaşı, intellektual mülkiyyət sferasının mütəxəssisləri, biznes nümayəndələri, informasiya-analitik və innovasiya fəaliyyəti, innovativ iqtisadiyyatın formalaşması məsələləri ilə məşğul olan və maraqlanan hər kəs iştirak edə bilər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1100
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır