Tarix:13/10/14
Universitetdə yaxın vaxtlarda elektron sənəd dövriyyəsinə keçiriləcək. Tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək.
Bu barədə ADİU rektoru, professor Ədalət Muradov ali təhsil ocağına qəbul olunan birinci kurs tələbələri ilə görüşündə bildirib. On fakültə ilə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verib, yeni tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb. Bildirib ki, ötən illərdən fərqli olaraq bu il ADİU-ya qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar.
Bu standartlar tələbəyə dörd il ərzində iki ixtisasa yiyələnmək imkanı verir. Belə ki, ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə də qəbul olub ikinci ali təhsil ala bilər. Bu, tələbəyə əmək bazarında manevr etmək imkanı yaradacaq. Bununla bağlı universitetdə işçi qrup yaradılıb.
SABAH qruplarına yaradılan şərait haqda tələbələrə məlumat verən rektor bu tədris modelinin gələcəkdə bütün universitetə şamil olunacağını bildirib. Rektor universitetin ikinci tədris korpusunda aparılan texniki təchizat işləri haqda danışaraq bildirib ki, yeni quraşdırılan videokonfrans zalı vasitəsi ilə artıq tələbələrin dünyanın istənilən nüfuzlu universitetləri ilə əlaqə saxlamaq, müəllim və tələbə heyəti ilə fikir mübadiləsi aparmaq imkanı var.
Universitetdən bildirilib ki, rektor birinci kurs və SABAH tələbələrinin yazılı imtahan prosesi haqda da ətraflı məlumat verib. Bildirib ki, tədris edilən mövzular üzrə 25 sual I-V tədris həftələri ərzində tələbələrə təqdim olunacaq. Suallar artıq universitetin saytında yerləşdirilib. İmtahan vərəqələri şifrlənəcək və qiymətləndirmə zamanı tələbənin adı və soyadı görünməyəcək. İmtahanın obyektivliyini təmin etmək məqsədilə nəticələrin ekspertlər tərəfindən selektiv qaydada yoxlanılması nəzərdə tutulub. Bütün imtahan prosesi rektorun şəxsi nəzarətində olacaq.
Görüşdə ADİU-da yeni qüvvəyə minən "Tələbələrin universitetdaxili intizam qaydaları"na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək. Bu ildən ADİU-da idman dərslərinin ləğv olunduğunu bildirən rektor əlavə edib ki, universitetin bütün tədris korpusundakı idman zalları dərsdən sonra, bayram və istirahət günlərində tələbələrin ixtiyarındadır. Onlar asudə vaxtlarını bu zallarda keçirə bilərlər.
"Biz istəyirik ki, tələbələrimiz savadlı və bacarıqlı olsun" deyən rektor, təhsilin keyfiyyətinin tələbələrin tələbləri əsasında formalaşdığını vurğulayıb. Bildirib ki, onlar öz təklif və iradları ilə bağlı universitetdə fəaliyyət göstərən "Qaynar xətt"ə müraciət edə bilərlər.
Həqiqət İSABALAYEVA
Yaxın vaxtlarda ADİU-da elektron sənəd dövriyyəsinə keçiləcək
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oktyabr ayının sonuna qədər elektron kitabxana layihəsi tam hazırlanaraq tələbələrin ixtiyarına veriləcək.Universitetdə yaxın vaxtlarda elektron sənəd dövriyyəsinə keçiriləcək. Tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək.
Bu barədə ADİU rektoru, professor Ədalət Muradov ali təhsil ocağına qəbul olunan birinci kurs tələbələri ilə görüşündə bildirib. On fakültə ilə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verib, yeni tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb. Bildirib ki, ötən illərdən fərqli olaraq bu il ADİU-ya qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar.
Bu standartlar tələbəyə dörd il ərzində iki ixtisasa yiyələnmək imkanı verir. Belə ki, ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə də qəbul olub ikinci ali təhsil ala bilər. Bu, tələbəyə əmək bazarında manevr etmək imkanı yaradacaq. Bununla bağlı universitetdə işçi qrup yaradılıb.
SABAH qruplarına yaradılan şərait haqda tələbələrə məlumat verən rektor bu tədris modelinin gələcəkdə bütün universitetə şamil olunacağını bildirib. Rektor universitetin ikinci tədris korpusunda aparılan texniki təchizat işləri haqda danışaraq bildirib ki, yeni quraşdırılan videokonfrans zalı vasitəsi ilə artıq tələbələrin dünyanın istənilən nüfuzlu universitetləri ilə əlaqə saxlamaq, müəllim və tələbə heyəti ilə fikir mübadiləsi aparmaq imkanı var.
Universitetdən bildirilib ki, rektor birinci kurs və SABAH tələbələrinin yazılı imtahan prosesi haqda da ətraflı məlumat verib. Bildirib ki, tədris edilən mövzular üzrə 25 sual I-V tədris həftələri ərzində tələbələrə təqdim olunacaq. Suallar artıq universitetin saytında yerləşdirilib. İmtahan vərəqələri şifrlənəcək və qiymətləndirmə zamanı tələbənin adı və soyadı görünməyəcək. İmtahanın obyektivliyini təmin etmək məqsədilə nəticələrin ekspertlər tərəfindən selektiv qaydada yoxlanılması nəzərdə tutulub. Bütün imtahan prosesi rektorun şəxsi nəzarətində olacaq.
Görüşdə ADİU-da yeni qüvvəyə minən "Tələbələrin universitetdaxili intizam qaydaları"na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək. Bu ildən ADİU-da idman dərslərinin ləğv olunduğunu bildirən rektor əlavə edib ki, universitetin bütün tədris korpusundakı idman zalları dərsdən sonra, bayram və istirahət günlərində tələbələrin ixtiyarındadır. Onlar asudə vaxtlarını bu zallarda keçirə bilərlər.
"Biz istəyirik ki, tələbələrimiz savadlı və bacarıqlı olsun" deyən rektor, təhsilin keyfiyyətinin tələbələrin tələbləri əsasında formalaşdığını vurğulayıb. Bildirib ki, onlar öz təklif və iradları ilə bağlı universitetdə fəaliyyət göstərən "Qaynar xətt"ə müraciət edə bilərlər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 998
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır