Tarix:14/10/14
1998-ci ildə ABŞ Konqresi yerli hakimiyyət orqanlarına və ştat hökumətlərinə internetə çıxış üçün verginin tətbiq edilməsini qadağan edən qanun qəbul edib. O vaxtdan qanunun qüvvədə olma müddəti üç dəfə uzadılıb və son dəfə bu 2007-ci ildə edilib. Növbəti müddət cari ilin dekabrında başa çatır, əgər konqres onu vaxtında uzada bilməsə, ştatlar bu vergini tətbiq etmək hüququ əldə edəcək.
“American Action Forum” təşkilatının məlumatına görə, bu, vergiödəyicilərinə ildə təxminən 14,7 milyard dollara başa gələcək. Elektron ticarətin maraqlarını təmsil edən “NetChoice” Assosiasiyasının nümayəndələri bildirirlər ki, ən azı bir ştat - Vaşinqton ştatı vergini tətbiq etməyə hazırdır.
Konqresin Nümayəndələr Palatasında hər iki partiya qadağanın uzadılmasını dəstəkləyir. İyulda palata internetə çıxış üçün verginin tətbiqinə daimi qadağaya səs verib, lakin senatda vəziyyət bir qədər fərqlidir. Senatorlar qadağanın uzadılmasına tərəfdar çıxsa da, onlardan bəziləri qanuna şəbəkə mağazalarından satış vergisinin toplanmasını tələb edən müddəanın daxil edilməsini istəyir. Bununla belə bu təklifi heç də hamı dəstəkləmir və bu səbəbdən qanun taleyi hələ ki tam aydın deyil, - “Computerworld” yazır.
ABŞ-da internet üçün vergiyə qoyulan qadağanın müddəti başa çatır

Baxış sayı: 813
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır