12px13px15px17px
Tarix:14/10/14

“Elektron Təhsil” Respublika Müsabiqəsinə 14 oktyabr tarixinə qəbul olunan layihələrin sayı 118-dir

Beşinci “Elektron Təhsil” Respublika Müsabiqəsinə təqdim edilən layihələrin qeydiyyatının başa çatmasına sayılı günlər qalır. İndiyə qədər təqdim olunan cəmi layihələrin sayı 164-dür.

Təşkilat Komitəsindən (TK) qeyd edilib ki, müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə təşkil olunub.
 
 
Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən bu müsabiqənin rəsmi internet səhifəsi (www.musabiqe.edu.az) fəaliyyət göstərir: “Müsabiqə 3 istiqamət olmaqla 7 nominasiya üzrə keçirilir.
 
 
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir”. Builki müsabiqəyə milli təhsil resurslarını inkişaf etdirmək məqsədilə yeni bir istiqamət – “Milli elektron tədris resurslarının yaradılması” istiqaməti əlavə edilib. Bununla yanaşı, müsabiqəyə yeni 4 nominasiya “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli”, “1 şagird: 1 kompüter” modeli üzrə ən uğurlu dərs/tədris layihəsi”, “Təhsil portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” və “Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” əlavə edilib.
 
 
TK-dan bildirilib ki, 14 oktyabr tarixinə qəbul olunan layihələrin sayı 118-dir, o cümlədən “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə “Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyasına 13, “1 şagird: 1 kompüter” modelində ən uğurlu dərs üzrə 10, “Elektron lövhələrin istifadəsi ilə qurulan ən yaxşı dərs modeli” nominasiyasına 21, “Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyasına 5, “Təhsildə İnternet texnologiyalar” istiqaməti üzrə “Təhsildə İnternet resurslar nominasiyasına 11, “Müəllimlərin bloqları” nominasiyasına 18, “Milli elektron tədris resurslarının yaradılması” istiqaməti üzrə “Milli elektron tədris resurslarının yaradılması” nominasiyasına 40 layihə təqdim edilib. Təsdiq gözləyən layihələrin sayı 35, qəbul edilməyən layihələrin sayı isə 11-dir.
 
 
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər il təşkil olunan “Elektron Təhsil” Müsabiqəsində əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər  iştirak edə bilərlər. Müsabiqədə, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları da iştirak edə bilərlər.
 
Müsabiqədə iştirak etmək üçün 14 oktyabr tarixinə qeydiyyatdan keçən müəllimlərin sayı 5817, tələblərin sayı 1747, şagirdlərin sayı isə 4894-dür. Eyni zamanda 603 valideyn və 1316 nəfər digər kateqoriyalardan olan şəxslər qeydiyyatdan keçib.
 
Mərhələli qaydada aparılan müsabiqənin birinci hissəsində texniki ekspertiza zamanı işlərin müsabiqəyə təqdim edilmə qaydaları yoxlanılacaq. İkinci mərhələdə Təşkilat Komitəsi tərəfindən cəlb edilən ekspertlər təqdim edilən işlərin bu Əsasnamənin tələblərinə uyğun olaraq tərtib edilməsini nəzərdən keçirir və müsabiqənin növbəti mərhələsinə buraxılması haqqında rəy hazırlayırlar. Bu rəy əsasında təqdim edilən işlərin növbəti mərhələyə buraxılması haqqında Təşkilat Komitəsi tərəfindən qərar qəbul edilir və həmin iştirakçıların siyahısı www.musabiqe.edu.az” səhifəsində yerləşdirilir.
 
 
 Üçüncü mərhələdə Münsiflər heyəti bu Əsasnamə ilə nəzərdə tutulan meyarlara uyğun olaraq təqdim edilən işlərin qiymətləndirilməsini həyata keçirir. Təqdim edilən işlər Münsiflər heyəti tərəfindən 0-10 bal sistemi ilə qiymətləndirilir. Müsabiqənin qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq. “İntel” Korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Mədəd Azərbaycan” təşkilatı, “Dr. Web”, AZEDUNET, “Ultra” və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənən müsabiqənin birinci mərhələsi oktyabr ayının 23-də başa çatacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Avqust 2019

21 08 2019

21/08/19
Şəhərdə vəziyyəti izləyən və onun sakinlərini müdafiə edən “ağıllı” küçə fənərləri təqdim edilib

“Sapphire Now and ASUS” illik konfransında “Signifiy BrightSites” şirkətinin istehsalı olan küçə fənərləri t

21/08/19
Kvant interneti üçün ilk protokol yaradılıb

Niderlandın “QuTech” tədqiqat mərkəzi kvant internetinin yaradılması məqsədilə yeni texnologiya təqdim edib.

21/08/19
Smartfonların beynin aktivliyinə təsiri araşdırılıb

ABŞ-ın Ratqers Universitetinin alimlərinin qənaətinə görə, fasilədə istirahət etmək üçün mobil telefondan

21/08/19
Məqsədyönlü kiberhücumların payı artır

“Positive Technologies” şirkəti cari ilin ikinci rübündə kibertəhdidlərin inkişafı haqqında hesabat açıql

21/08/19
Smartfonda az yer tutan “Google Go” proqramı əlçatan olub

Smartfonun daimi yaddaşında 7 MB yer tutan, “Android” sistemi ilə işləyən qurğularda “Google”un standart

21/08/19
“Microsoft” şirkəti spam mesajlarını filtrdən keçirmək imkanına malik proqram təqdim edib

“Microsoft” şirkəti spam mesajları filterdən keçirmək imkanına malik "SMS Organizer" mobil tətbiqini “An

21/08/19
Süni intellekt üçün ən böyük prosessor təqdim edilib

“Cerebras” şirkəti “Hot Chips” konfransında 1,2 trilyon tranzistorun quraşdırıldığı və məxsusi olaraq sün

21/08/19
Videomüşahidə sistemləri üçün süni intellekt həlli hazırlanır

“NetApp” və “Bosch Building Technologies” şirkətləri müasir videomüşahidə sistemləri üçün təh