Tarix:15/10/14
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, istifadəçi yeni xidmətdən istifadə etmək üçün "iOS", "Android" və ya "Windows Phone" platformalarında işləyən mobil qurğusuna "Qik" mobil tətbiqini quraşdırmalı, bundan sonra tətbiqə daxil olaraq öz mobil telefonunun nömrəsini təsdiq etməlidir. Bundan sonra nömrəsi qurğunun kontakt siyahısına salınmış abunəçilərlə videomesaj mübadiləsi etmək olar.
Videomesajın maksimal müddəti 42 saniyədir. İstifadəçi çəkiliş prosesində əsas və ön kameralar arasında keçid edə bilər. Tətbiq sadə interfeysə malikdir, bir klikə çəkiliş işə salınır, ikinci klik videomesajı göndərir. Videomesajlar qəbul edən şəxsin qurğusunda iki həftə müddətində saxlanılacaq, ancaq ya o, ya da göndərən videomesajı vaxtından əvvəl silə bilər.
"Skype Qik" mobil tətbiqi "Skype"dan ayrı işləyəcək.
Emil Hüseynov
“Skype” videomesajlarla mübadilə üçün “Qik” xidmətini işə salıb
"Skype" xidmətinin buraxdığı yeni "Skype Qik" mobil tətbiqi bir və ya bir neçə qəbul edən istifadəçi ilə qısamüddətli videomesaj mübadiləsinə imkan verir."ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, istifadəçi yeni xidmətdən istifadə etmək üçün "iOS", "Android" və ya "Windows Phone" platformalarında işləyən mobil qurğusuna "Qik" mobil tətbiqini quraşdırmalı, bundan sonra tətbiqə daxil olaraq öz mobil telefonunun nömrəsini təsdiq etməlidir. Bundan sonra nömrəsi qurğunun kontakt siyahısına salınmış abunəçilərlə videomesaj mübadiləsi etmək olar.
Videomesajın maksimal müddəti 42 saniyədir. İstifadəçi çəkiliş prosesində əsas və ön kameralar arasında keçid edə bilər. Tətbiq sadə interfeysə malikdir, bir klikə çəkiliş işə salınır, ikinci klik videomesajı göndərir. Videomesajlar qəbul edən şəxsin qurğusunda iki həftə müddətində saxlanılacaq, ancaq ya o, ya da göndərən videomesajı vaxtından əvvəl silə bilər.
"Skype Qik" mobil tətbiqi "Skype"dan ayrı işləyəcək.
Emil Hüseynov
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib