12px13px15px17px
Tarix:15/10/14

ABŞ yeniyetmələrinin yarısı hər gün qurğuların səsli axtarış funksiyasından istifadə edir

ABŞ yeniyetmələri mobil qurğularda səsli axtarış funksiyasından böyüklərə nisbətən daha çox istifadə edirlər. Bu barədə "Google" şirkətinin apardığı tədqiqatda deyilir.  
 
Məlumata görə, 13-18 yaşlı amerikalıların 55 faizi hər gün "Siri", "Cortana" səsli köməkçilərindən və ya "Google" səsli axtarışından istifadə edir. Yaşlı amerikalılar arasında gündəlik səsli axtarış istifadəçilərinin payı 41 faizə bərabərdir.
 
 
"Səsli axtarış "Google" əlavəsinin əsas funksiyasıdır. Əlavənin əhəmiyyəti insanların mobil qurğularla çox vaxt keçirməsi səbəbindən gündən-günə artır. Tərəfimizdən müəyyən edilib ki, yeniyetmələr üçün səsli axtarış sosial şəbəkələri yoxlamaq kimi təbii haldır və onlar bundan çox məharətlə istifadə edirlər", - "Google" şirkətinin vitse-prezidenti Skott Haffman bildirib.
 
Şirkət tərəfindən ABŞ-da rəyi soruşulan min beş yüz respondentin 40 faizə yaxını səsli funksiyadan istiqamətlərin axtarışı, 39 faizi mətnli məlumatları diktə etmək, 32 faizi səsli zənglər üçün istifadə edir. Amerikalıların dörddə bir hissəsi səsli axtarış vasitəsilə havanı yoxlayır, eləcə də yemək hazırlama zamanı funksiyadan yararlanır.
 
Yeniyetmələrin yarısı və ABŞ-ın yaşlı sakinlərinin üçdə bir hissəsi səsli axtarışdan əyləncə üçün istifadə edir. Yeniyetmələr onu da deyiblər ki, mobil səsli köməkçilərlə musiqi və kinoteatrların cədvəlini, eləcə də ev tapşırıqlarının yerinə yetirilməsi üçün tövsiyələr axtarırlar.
 
Səsli axtarışın üstünlükləri arasında amerikalılar çoxfunksiyalılıq (76 faiz) və özünü texniki baxımdan qabaqcıl adam (58 faiz) kimi hiss etməyi qeyd edirlər. Yaşlı amerikalıların 45 faizi bildirib ki, smartfona səsli komanda verən zaman özlərini çevik hiss edirlər. Eyni zamanda, yeniyetmələrin 89 faizi və yaşlıların 85 faizi vurğulayıb ki, gələcəkdə səsli köməkçi çox geniş yayılmış funksiya olacaq, - "Lenta " yazır.



Baxış sayı: 840

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024