12px13px15px17px
Tarix:15/10/14

Yüksək Texnologiyalar Parkında növbəti tədbir keçirilir

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının (“YT Park”) dəstəyi ilə “Azerbaijan Testing Board” (AZTB) və Türkiyənin “Keytorc” şirkəti ilə birgə “Bakı Test Günləri” (TestBaku) adlı beynəlxalq təlim keçirilir.
 
“Bakı Test Günləri”  təlimi əsasən test mühəndisləri, keyfiyyətin təminatı üzrə mütəxəssislər, biznes analitikləri, sistem analitikləri, proqram təminatı üzrə peşəkarlar, proqramçı mütəxəssislər və layihə menecerləri üçün nəzərdə tutulub. Şərqi Avropa və Qafqaz regionunda keçirilən tədbirlər silsiləsinin (Test İstanbul, Test Finans, Test Romania) bir hissəsi olan “Test Baku” tədbirinin konsepti iki hissədən ibarət olan müzakirə paneli şəklindədir.
 
 İştirakçılar və panelistlər Azərbaycanda İKT üzrə Proqram Təminatının test olunması sahəsi, bu istiqamətdəki yeniliklər və bu sahənin gələcəyi haqqında müzakirə aparacaqlar. “YT Park”-ın İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, tədbir iştirakçıları Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkətlərin  proqram təminatının test olunmasına və keyfiyyətinə hansı dərəcədə önəm verməsi haqqında məlumat əldə edəcəklər. Eyni zamanda Proqram təminatının test olunması haqqında yeni trendlərdən xəbərdar olacaq və bu sahədə təlim və karyera inkişafında imkanları öyrənəcəklər.
 
Bu təlimdə Qafqaz Universiteti, “Keytorc”, “Bank of Baku”, “YapıKredi Bank Azerbaijan”, “PROSYS” və  “Azerbaijan Testing Board” şirkətinin rəsmiləri və nümayəndələri mühazirələrlə çıxış edəcəklər.
 
 
Həqiqət İSABALAYEVA
 
                                          



Baxış sayı: 1097

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024