12px13px15px17px
Tarix:16/10/14

Hər gün 100-ə yaxın elektron imza sahiblərinə təhvil verilir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində vətəndaşlara elektron imzanın verilməsini yüksək səviyyədə təşkil etmək üçün "Qəbul otağı" yaradılıb. Bu ayın 1-dən istifadəyə təqdim olunan xidmət otaqlarında hər gün 80-100 e-imza sahiblərinə təhvil verilir. 
 
"Qəbul otağı"nda  e-imzanın verilmə prosedurunun asanlaşdırılması və vaxta qənaət edilməsi məqsədi ilə bir nəfər Bakı şəhəri üzrə, bir nəfər isə rayonlardan gələn şəxslərin müraciətlərini qəbul etmək üçün ayrılıb.
 
 Bundan başqa yarana biləcək problemlərin araşdırılması və onların dərhal həll edilməsi üçün də daha bir əməkdaş çalışır. Fəaliyyətin yüksək səviyyədə qurulması nəticəsində müraciət edən şəxslər vaxt itirmədən qarşılaşdığı çatışmazlıqların tez bir zamanda həllinə nail ola bilirlər.
 
Qeyd edək ki, bundan başqa hər bir rayonun poçt filiallarında e-imza almaq üçün qeydiyyat mərkəzləri yaradılıb. Vətəndaşlar paytaxta gəlmədən də elektron imzanı yaşadıqları ərazi üzrə fəaliyyət göstərən poçt şöbələrindən əldə edə bilərlər.
 
Eyni zamanda e-imzanı əldə etmək üçün onlayn sifariş vermək mümkündür. Onlayn şəkildə qəbul olunan sifarişlər mərkəzdə hazırlanır və hazır məhsul sifariş verən şəxsin yaşadığı ərazi üzrə fəaliyyət göstərən poçt şöbələrinə göndərilir.
 
Bundan sonra qeydiyyat mərkəzləri tərəfindən sifarişçi ilə əlaqə saxlanılır və e-imza sahibinə təhvil verilir.
 
"Rabitə dünyası"nın əməkdaşı "Qəbul otağı"nda olarkən e-imza almaq üçün müraciət edən 58 yaşlı Xeybər Bayramovla söhbətləşib.
 
X.Bayramov bildirib ki, e-imza ona izafi əməkdən xilas olması üçün lazımdır. Çalışdığı müəssisədə hazırlanan hesabatları aidiyyəti qurumlara elektron   şəkildə təqdim etmək niyyətində olduğunu qeyd edən müsahib əlavə edib ki, ölkədə elektron hökumətin qurulması vətəndaşların işlərini asanlaşdırıb:
 
"Əvvəllər biz hesabatları kağız formasında təqdim edirdik. E-imza aldıqdan sonra  iş yerindən ayrılmadan, üstəlik, kağız üzərində çap etmədən lazımi instansiyalara təqdim edəcəm. 2004-cü ildən informasiya-kommunikasiya texnologiyalarından sərbəst şəkildə istifadə etməyə başlamışam. Ona görə də e-imzadan yararlanmaqda da mənim üçün heç bir çətinlik olmayacaq".
 
 
SEYMUR



Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024