12px13px15px17px
Tarix:16/10/14

İqtisadiyyat və Sənaye Nazirliyi elektron xidmətlər şəbəkəsini genişləndirir

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) göstərdiyi elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.
 
Nazirlikdən verilən məlumata görə, hazırda vətəndaşlara 28 elektron xidmət göstərilir. Bu xidmətlərin 7-si interaktiv, 21-i isə informativ elektron xidmətlərdir.
 
İSN tərəfindən göstərilən elektron xidmətlərdən istifadə üçün qurumun internet səhifəsində yaradılmış “Elektron xidmətlər”  bölməsinə daxil olmaq lazımdır.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi interaktiv e-xidmətlər (lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi, kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı, inzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsi ilə ödənilməsi) “Elektron hökumət” portalında  da yerləşdirilib.
 
CAHANGİR



Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024