12px13px15px17px
Tarix:16/10/14

“Facebook” şirkəti aşkarlanmış boşluqlara görə məbləği artırıb

“Facebook”un reklam alətlərini idarə edən kodda aşkarlanmış boşluqlar üçün mükafat məbləği bundan sonra 1000 ABŞ dolları təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, “Facebook” şirkətin reklam sistemini idarə edən kodla bağlı aşkar edilmiş boşluqlara görə məbləği ikiqat artırmağa qərar verib. Bu haqda 15 oktyabr 2014-cü il tarixində elan edilib.
 
 Mükafatlandırma proqramının qaydalarına əsasən, minimal ödənmə məbləği 500 dollar təşkil edirdi, amma cari ilin sonunadək bu məbləğ 1000 dollar olacaq.
 
“Facebook”un təhlükəsizlik bölməsinin mühəndisi Kollin Qrin bildirib ki, reklam əlavələrini idarə edən kod bu yaxınlarda təhlükəsizlik nöqteyi-nəzərindən diqqətlə yoxlanılıb, amma “Facebook” natamamlıqların axtarışı üzrə “ağ” hakerlərin əlavə səylərinə ümid edir.
 
Emil Hüseynov
 



Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024