Tarix:16/10/14
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, gözləntilərə görə, yaxın 4 ildə mobil telefon satışının həcmi orta hesabla 4,2%, pul baxımından yalnız 2,7% artacaq. Nəticədə 2018-ci ilədək bu göstəricilər müvafiq olaraq 2,3 milyard və 340 milyard ABŞ dollarına çatacaq.
Ekspertlər bildiriblər ki, cari ildə ötən illə müqayisədə 25% daha çox (1,3 milyard) "ağıllı" telefon satılacaq. Bununla belə, bu seqmentdə də artım tempi azalacaq.
"CCS Insight" analitik şirkəti bu tendensiyanı belə izah edir ki, qərb ölkələrinin inkişaf etmiş bazarı məhsul bolluğuna yaxındır. Bu kontekstdə cari ildə Avropa və Şimali Amerika kimi regionlarda smartfonların satış həcmi 10% artacaq.
Analitiklər hesab edirlər ki, 2018-ci ilədək smartfonların qlobal satış həcmi 1,9 milyarda çatacaq. Bu vaxtadək isə, kommunikatorlar bütün mobil telefon bazarını ələ keçirəcək.
"CCS Insight"in mütəxəssisi Marina Koyçeva Çini ən dinamik inkişaf edən bazarlar arasında göstərib. O deyib ki, 2014-cü ildə Çində hər 10 satılmış mobil telefondan 9-u smartfon olacaq. Çin bazarında 400 milyondan çox kommunikator satılacaq.
Emil Hüseynov
2018-ci ilədək mobil telefonların satış həcmi 2,3 milyarda çatacaq
"CCS Insight" analitik şirkətinin proqnozuna görə, 2014-cü ildə dünyada 1,94 milyard mobil telefon satılacaq ki, bu da ötən illə müqayisədə 6% daha yüksəkdir. Proqnozlara görə, istehlak elektronikası bazarının həcmi 310 milyard ABŞ dolları təşkil etsə də, ekspertlər aparatların orta pərakəndə qiymətinin azalması ilə əlaqədar artım tempinin zəifləməsi haqda xəbərdarlıq edirlər."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, gözləntilərə görə, yaxın 4 ildə mobil telefon satışının həcmi orta hesabla 4,2%, pul baxımından yalnız 2,7% artacaq. Nəticədə 2018-ci ilədək bu göstəricilər müvafiq olaraq 2,3 milyard və 340 milyard ABŞ dollarına çatacaq.
Ekspertlər bildiriblər ki, cari ildə ötən illə müqayisədə 25% daha çox (1,3 milyard) "ağıllı" telefon satılacaq. Bununla belə, bu seqmentdə də artım tempi azalacaq.
"CCS Insight" analitik şirkəti bu tendensiyanı belə izah edir ki, qərb ölkələrinin inkişaf etmiş bazarı məhsul bolluğuna yaxındır. Bu kontekstdə cari ildə Avropa və Şimali Amerika kimi regionlarda smartfonların satış həcmi 10% artacaq.
Analitiklər hesab edirlər ki, 2018-ci ilədək smartfonların qlobal satış həcmi 1,9 milyarda çatacaq. Bu vaxtadək isə, kommunikatorlar bütün mobil telefon bazarını ələ keçirəcək.
"CCS Insight"in mütəxəssisi Marina Koyçeva Çini ən dinamik inkişaf edən bazarlar arasında göstərib. O deyib ki, 2014-cü ildə Çində hər 10 satılmış mobil telefondan 9-u smartfon olacaq. Çin bazarında 400 milyondan çox kommunikator satılacaq.
Emil Hüseynov
Baxış sayı: 849
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır