Tarix:17/10/14
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple”ın ödəmə sistemi sentyabrda yeni “iPhone 6” və “iPhone 6 Plus” smartfonları ilə birgə elan edilib. İstifadəçi ödəmə terminalına yaxınlaşdıqda smartfonda ödənişin ediləcəyi kartı seçir, “Touch ID” barmaq izlərinin skaneri toxunuşunun köməyi ilə əməliyyatı identifikasiya edir və ödəniş haqda mesaj şəklində bildiriş alır.
Bundan başqa, Tim Kuk xatırladıb ki, sistem onlayn alış-veriş üçün də keçərli olacaq.
“Apple Pay” ödəmə sistemi yalnız ABŞ-da “Visa”, “MasterCard” və “American Express” kartları ilə birgə əlçatan olacaq. “McDonald's” restoranlar şəbəkəsində, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və başqa böyük mağazalar şəbəkəsində istifadə mümkün olacaq. “Apple” yeni xidmətin elanından sonra “Apple Pay” ödəmə sisteminin dəstəklənməsi haqda 500 Amerika bankı ilə razılaşıb.
Emil Hüseynov
“Apple Pay” mobil ödəmə sistemi oktyabrın 20-dən işə başlayacaq
“Apple Pay” mobil ödəmə sistemi ABŞ-da oktyabrın 20-dən işə salınacaq. Bu haqda Kupertinoda keçirilmiş nümayişdə “Apple”ın baş direktoru Tim Kuk deyib."ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple”ın ödəmə sistemi sentyabrda yeni “iPhone 6” və “iPhone 6 Plus” smartfonları ilə birgə elan edilib. İstifadəçi ödəmə terminalına yaxınlaşdıqda smartfonda ödənişin ediləcəyi kartı seçir, “Touch ID” barmaq izlərinin skaneri toxunuşunun köməyi ilə əməliyyatı identifikasiya edir və ödəniş haqda mesaj şəklində bildiriş alır.
Bundan başqa, Tim Kuk xatırladıb ki, sistem onlayn alış-veriş üçün də keçərli olacaq.
“Apple Pay” ödəmə sistemi yalnız ABŞ-da “Visa”, “MasterCard” və “American Express” kartları ilə birgə əlçatan olacaq. “McDonald's” restoranlar şəbəkəsində, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və başqa böyük mağazalar şəbəkəsində istifadə mümkün olacaq. “Apple” yeni xidmətin elanından sonra “Apple Pay” ödəmə sisteminin dəstəklənməsi haqda 500 Amerika bankı ilə razılaşıb.
Emil Hüseynov
Baxış sayı: 692
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır