Tarix:27/08/11
Hacıəlibəyovun sözlərinə görə, "bulud" infrastrukturunun aparat əsası olan HP Blade Matrix System MDB-də ilk dəfə məhz Azərbaycanda satılıb. Özü də sistem məhz özəl sektorda işləyən şirkətdə quraşdırılıb.
"HP diqqəti azərbaycanlı mütəxəssislər arasında "bulud" texnologiyaları haqqında biliklərin keyfiyyətinin artırılmasına yönəldib və bu məqsədlə şirkət "bulud" həlləri üzrə seminarlar təşkil edir.
Hazırda biz bu istiqamətdə həm özəl, həm də dövlət sektoru ilə fəal əməkdaşlığı davam etdiririk. Bizim qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etməyə tamamilə əsasımız var", - o deyib.
"Martda müştərilərimizin bazarın tələbatı və texnologiyaların tətbiqini müəyyən edən ayrı-ayrı tendensiyalarına güclü təsir edən dəyişən tələbatını təmin etmək üçün "bulud" həlləri və proqram təminatı üzrə qurulan HP strategiyasını hazırlamışıq.
Bununla əlaqədar şirkət məhz "bulud" istehsalına böyük diqqət ayırır", - Hacıəlibəyov deyib.
Bilavasitə həllərə gəldikdə, bu zaman HP aralarında fərdi və hibrid modellərin olduğu "buludlar"ın qurulmasının müxtəlif variantlarını təklif edir. "İnnovasiya müəssisəsi" prinsipinə əməl edən HP özünün "bulud" sifarişçilərinə bazarın və biznesin tələbindən asılı olaraq nisbətən daha rahat və effektiv modellər təklif edir.
Azərbaycan MDB ölkələri arasında "bulud" infrastrukturunun tətbiqində ilk yerlərdən birini tutur
Azərbaycan MDB ölkələri arasında "bulud" infrastrukturunun tətbiqi işində qabaqcıl yerlərdən birini tutur. Bu barədə HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov bildirib.Hacıəlibəyovun sözlərinə görə, "bulud" infrastrukturunun aparat əsası olan HP Blade Matrix System MDB-də ilk dəfə məhz Azərbaycanda satılıb. Özü də sistem məhz özəl sektorda işləyən şirkətdə quraşdırılıb.
"HP diqqəti azərbaycanlı mütəxəssislər arasında "bulud" texnologiyaları haqqında biliklərin keyfiyyətinin artırılmasına yönəldib və bu məqsədlə şirkət "bulud" həlləri üzrə seminarlar təşkil edir.
Hazırda biz bu istiqamətdə həm özəl, həm də dövlət sektoru ilə fəal əməkdaşlığı davam etdiririk. Bizim qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etməyə tamamilə əsasımız var", - o deyib.
"Martda müştərilərimizin bazarın tələbatı və texnologiyaların tətbiqini müəyyən edən ayrı-ayrı tendensiyalarına güclü təsir edən dəyişən tələbatını təmin etmək üçün "bulud" həlləri və proqram təminatı üzrə qurulan HP strategiyasını hazırlamışıq.
Bununla əlaqədar şirkət məhz "bulud" istehsalına böyük diqqət ayırır", - Hacıəlibəyov deyib.
Bilavasitə həllərə gəldikdə, bu zaman HP aralarında fərdi və hibrid modellərin olduğu "buludlar"ın qurulmasının müxtəlif variantlarını təklif edir. "İnnovasiya müəssisəsi" prinsipinə əməl edən HP özünün "bulud" sifarişçilərinə bazarın və biznesin tələbindən asılı olaraq nisbətən daha rahat və effektiv modellər təklif edir.
Baxış sayı: 2034
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır