Tarix:17/10/14
Qeyd edək ki, artıq komitə tərəfindən elektron hərracların həyata keçirilməsinə başlanılıb. Elektron xidmətlərin yaratdığı imkanlar sayəsində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər artıq elektron qaydada qəbul edilir. Belə hərraclara səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərinin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclar aiddir. Dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair elektron xidmətlər fəaliyyət göstərir. Onlayn xidmətlər sayəsində vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışlarını (Forma-1) notariuslarda onlayn qaydada əldə edirlər. Bundan əlavə, yaxın zamanda istifadəyə verilmiş yeni elektron xidmət (Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi) mülkiyyətçilərə daşınmaz əmlak barədə dövlət reyestrində qeydə alınmış məlumatlarla onlayn tanış olmaq imkanı yaradıb. Belə ki, daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarına yeni elektron xidmət vasitəsilə baxmaq mümkündür. Eyni zamanda səmərəli, şəffaf və çevik fəaliyyət üçün hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür. Tədbirdə komitənin mobil ofis xidmətləri barədə də geniş məlumat verilib. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. İndiyədək Bakı və paralel olaraq respublikanın bütün regionlarında mobil ofislər vasitəsilə 10 minə yaxın vətəndaşa qeydiyyat xidmətlərinin göstərildiyi qeyd olunub. Məhz qeyd edilən tədbirlərin nəticəsidir ki, bu ilin 9 ayında daşınmaz əmlakın qeydiyyat sayı rekord həddə çataraq 151 min olub. Bu, ötən ilə nisbətən 18,7% artım deməkdir. Belə ki, keçən ilin eyni dövründə 127 min daşınmaz əmlak qeydiyyata alınmışdı. 2014-cü ilin sonuna isə daşınmaz əmlakın qeydiyyatında yeni rekord say proqnozlaşdırılır.
Həqiqət İSABALAYEVA
Beynəlxalq məsləhətçilərlə birgə Əmlak Məsələləri Dövlət Komitəsinin uzunmüddətli İKT strategiyası hazırlanıb
Beynəlxalq məsləhətçilərlə birgə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) uzunmüddətli İKT strategiyası hazırlanıb. Bu barədə məlumat verən ƏMDK-dan qeyd edilib ki, komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri həyata keçirilir. Komitə tərəfindən 4-ü informativ və 25-i interaktiv olmaqla 29 elektron xidmət istifadəyə verilib. İndiyədək 111 mindən çox hüquqi və fiziki şəxs komitənin elektron xidmətlərindən yararlanıb. Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu sistemin işə düşməsi ilə müəyyən olunmuş qaydalar əsasında, bütün dövlət qurumları və müvafiq təşkilatlar daşınmaz əmlaklar barədə zəruri informasiyaları çevik, dəqiq və rahat əldə edə biləcəklər”. Bu məqsədlə, hazırda Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilir. Mərkəz komitə üzrə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafını, yeni informasiya sistemlərinin yaradılmasını təmin edəcək. Komitənin vahid korporativ kompüter şəbəkəsinin idarə edilməsi və təkmilləşdirilməsi, fəaliyyət sahələri üzrə elektron reyestrlərin yaradılmasını həyata keçirəcək. Eyni zamanda, Mərkəz virtual informasiya təhlükəsizliyinə, o cümlədən komitədə istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə nəzarət edəcək.Qeyd edək ki, artıq komitə tərəfindən elektron hərracların həyata keçirilməsinə başlanılıb. Elektron xidmətlərin yaratdığı imkanlar sayəsində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər artıq elektron qaydada qəbul edilir. Belə hərraclara səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərinin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclar aiddir. Dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair elektron xidmətlər fəaliyyət göstərir. Onlayn xidmətlər sayəsində vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışlarını (Forma-1) notariuslarda onlayn qaydada əldə edirlər. Bundan əlavə, yaxın zamanda istifadəyə verilmiş yeni elektron xidmət (Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi) mülkiyyətçilərə daşınmaz əmlak barədə dövlət reyestrində qeydə alınmış məlumatlarla onlayn tanış olmaq imkanı yaradıb. Belə ki, daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarına yeni elektron xidmət vasitəsilə baxmaq mümkündür. Eyni zamanda səmərəli, şəffaf və çevik fəaliyyət üçün hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür. Tədbirdə komitənin mobil ofis xidmətləri barədə də geniş məlumat verilib. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. İndiyədək Bakı və paralel olaraq respublikanın bütün regionlarında mobil ofislər vasitəsilə 10 minə yaxın vətəndaşa qeydiyyat xidmətlərinin göstərildiyi qeyd olunub. Məhz qeyd edilən tədbirlərin nəticəsidir ki, bu ilin 9 ayında daşınmaz əmlakın qeydiyyat sayı rekord həddə çataraq 151 min olub. Bu, ötən ilə nisbətən 18,7% artım deməkdir. Belə ki, keçən ilin eyni dövründə 127 min daşınmaz əmlak qeydiyyata alınmışdı. 2014-cü ilin sonuna isə daşınmaz əmlakın qeydiyyatında yeni rekord say proqnozlaşdırılır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1310
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır