12px13px15px17px
Tarix:27/08/11

HP şirkəti personal kompüter sistemlərinin buraxılışından imtina etmir - "HP Azerbaijan"ın rəhbəri

HP şirkəti personal kompüter sistemlərinin buraxılışından imtina etmir, yalnız bu bölməni ayrıca biznes struktur kimi ayırmaq imkanını nəzərdən keçirir. Bu barədə HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib.

Hacıəlibəyovun sözlərinə görə, bu məsələnin həllinə Direktorlar Şurasında baxılır. "Biz kompüterlərin yeni modellərini buraxmaqda davam edirik və bütün dünyada sifarişçilərimizə texniki xidmətin göstərilməsi "non-stop" rejimində aparılır.

Şirkətin bu addımı atmasına əsas səbəb HP-nin yenilənən strategiyası ilə əlaqədardır. Strategiya "bulud" həllərini və proqram təminatını hədəf kimi seçib. Bazarın inkişaf tendensiyaları müvafiq tələbi formalaşdırır. Biz buna hazır olmalıyıq", - o qeyd edib.

Bundan əvvəl HP-nin rəsmi məlumatında qeyd edildiyinə görə, "HP-nin yenilənmiş strategiyasının mühüm tərkib hissəsini korporasiyalar, kiçik və orta biznesin, ictimai və dövlət sektorunun müştəriləri üçün yüksək dəyərli həllərin hazırlanması məqsədilə investisiya, resurs və rəhbərliyin diqqətinin cəmləşdirilməsi təşkil edir".



Baxış sayı: 2379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024