Tarix:18/10/14
İttifaqa üzv ölkələrin 2017-ci ilədək qanunvericilikdə lazımi dəyişikliklər edəcəyi gözlənilir.
Həmçinin illik analoji qanunvericilik normaları sonradan İsveçrədə də tətbiq olunacaq.
Yeni qaydalara əsasən, sazişi imzalayan tərəflər maliyyə informasiyası, o cümlədən fiziki şəxslərin bank hesabları haqqında qarşılıqlı məlumat mübadiləsi həyata keçirəcəklər. Nəzərdə tutulur ki, bu qanunvericilik normaları vergi yığımlarının ödənişindən yayınma və vəsaitlərin qanuniləşdirilməsi hallarının aşkar olunmasına xidmət edəcək.
Avropa Komissiyası təmsilçiləri qeyd edirlər ki, hazırda müxtəlif maliyyə fırıldaqçılığı nəticəsində Aİ-yə ildə 1 trilyon avro məbləğində ziyan dəyir. Avropa Komissiyasının vergilər üzrə komissarı Alqirdas Semetanın sözlərinə görə, bank sirrindən imtina Aİ üçün tam və davamlı vergi şəffaflığına zəmanətdir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının normalarına tam cavab verir.
Təşəbbüsün yeganə əleyhdarı kimi Avstriya hökumətinin nümayəndələri çıxış ediblər. Bu ölkədə maliyyə təşkilatları və hakimiyyət arasında informasiya mübadiləsi sistemi fəaliyyət göstərmir. Bununla əlaqədar olaraq ölkə hakimiyyəti yeni normaların qəbul edilməsi üçün müddətin uzadılmasına təkid edib, - "SecurityLab” yazır.
Avropa İttifaqı 2017-ci ilədək bank sirrindən imtina edəcək
Avropa İttifaqı (Aİ) maliyyə nazirlərinin görüşünün yekunları üzrə tənzimləyici orqanların rəhbərləri bank sirrindən imtinanın həyata keçirilməsi üçün müddətlə bağlı razılığa gəliblər.İttifaqa üzv ölkələrin 2017-ci ilədək qanunvericilikdə lazımi dəyişikliklər edəcəyi gözlənilir.
Həmçinin illik analoji qanunvericilik normaları sonradan İsveçrədə də tətbiq olunacaq.
Yeni qaydalara əsasən, sazişi imzalayan tərəflər maliyyə informasiyası, o cümlədən fiziki şəxslərin bank hesabları haqqında qarşılıqlı məlumat mübadiləsi həyata keçirəcəklər. Nəzərdə tutulur ki, bu qanunvericilik normaları vergi yığımlarının ödənişindən yayınma və vəsaitlərin qanuniləşdirilməsi hallarının aşkar olunmasına xidmət edəcək.
Avropa Komissiyası təmsilçiləri qeyd edirlər ki, hazırda müxtəlif maliyyə fırıldaqçılığı nəticəsində Aİ-yə ildə 1 trilyon avro məbləğində ziyan dəyir. Avropa Komissiyasının vergilər üzrə komissarı Alqirdas Semetanın sözlərinə görə, bank sirrindən imtina Aİ üçün tam və davamlı vergi şəffaflığına zəmanətdir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının normalarına tam cavab verir.
Təşəbbüsün yeganə əleyhdarı kimi Avstriya hökumətinin nümayəndələri çıxış ediblər. Bu ölkədə maliyyə təşkilatları və hakimiyyət arasında informasiya mübadiləsi sistemi fəaliyyət göstərmir. Bununla əlaqədar olaraq ölkə hakimiyyəti yeni normaların qəbul edilməsi üçün müddətin uzadılmasına təkid edib, - "SecurityLab” yazır.
Baxış sayı: 819
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır