12px13px15px17px
Tarix:20/10/14

İnternet şirkəti optik-lif xəttini simsiz rabitə ilə əvəz edəcək

ABŞ-ın “Google” internet şirkəti gələcəkdə optik-lif şəbəkələrinin alternativi olacaq yeni şəbəkə texnologiyalarının sınaqları üçün ABŞ Federal Rabitə Agentliyinə icazənin alınması ilə bağlı müraciət edib.
 
Şirkətin layihəsi iritutumlu məlumatların yüksək sürətlə ötürülməsi texnologiyasının inkişafını nəzərdə tutur. “Google” əsas diqqətini texnologiyaların radiodalğaların millimetrlik diapazonunda sınaqlarına yönəltməyi planlaşdırır. Hazırda bu diapazondan informasiyanın ötürülməsi üçün istifadə olunmur.
 
Bildirilir ki, şirkət texnologiyadan adi optik-lif şəbəkələrinin əvəz edilməsi üçün istifadə etməyi nəzərdə tutur. Belə ki, bir neçə retranslyatoru quraşdırmaq bahalı optik-lif kabelləri çəkməkdən ucuz başa gəlir. 
 
Simsiz rabitənin tətbiqində məqsəd ABŞ şirkətinin interneti Yer kürəsinin bütün guşələrinə çatdırmaqdan ibarətdir.
 
Məlumat üçün qeyd edək ki, “Google” internetin dünyada tətbiqi ilə əlaqədar digər layihələrin də inkişafına əzmlə çalışır, - “Hi-Tech News” yazır.
 



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024