12px13px15px17px
Tarix:20/10/14

Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə İnformatika Olimpiada Mərkəzinin açılış mərasimi keçirilib

Bakının Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseyində (FRİTL) İnformatika Olimpiada Mərkəzinin (İOM) açılış mərasimi keçirilib. Nazirlər Kabineti və Təhsil Nazirliyinin məsul şəxsləri, müəllim, şagird və valideynlərin iştirak etdiyi tədbirdə  İOM-un direktoru, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə çıxış edərək, informatika olimpiadaları, o cümlədən vaxtilə olimpiadalarda uğurla iştirak etmiş və hazırda xaricdə yüksək vəzifələrdə çalışan tələbələrdən söz açıb, şagirdlərə bu hərəkatın əhəmiyyəti barədə ətraflı məlumat verib.
 
 
Proqramlaşdırma sahəsində uğur qazanmaq üçün daim çalışmağın vacibliyini önə çəkən R.Mahmudzadə şagirdlərə nümunələr göstərməklə öz tövsiyələrini verib.
FRİTL-in müəllimi Valid Məhərrəmov isə İOM-un əsas fəaliyyət istqamətlərindən söz açıb.
 
Belə ki, mərkəzin əsas prinsiplərinə şagirdlərə yüksək səviyyədə proqram yazmağı öyrətmək; informatika üzrə respublika turunda onların uğurlu iştirakına, həmçinin beynəlxalq olimpiadalarda yüksək nəticələr qazanmalarına yardım etməkdir. V.Məhərrəmov artıq internetdə olimpiada ilə bağlı “i-olimp.az” saytının fəaliyyət göstərdiyini də bildirib. Tədbirdə “Qunduz” informatika olimpiadası barədə də məlumat verilib.
 
Qeyd olunub ki, bu müsabiqə artıq İsmayıllı rayonunda və Bakı şəhəri 83 saylı məktəbin şagirdləri arasında keçirilib. 25 oktyabr isə sözügedən olimpiada ilə bağlı 83 saylı məktəbdə seminar təşkil olunacaq.
 
 
Sonda İnformatika Olimpiada Mərkəzinin iştirakçısı olmaq istəyən şagirdlərə anket paylanılıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2050

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024