Tarix:20/10/14
EİM-dən verilən məlumata görə, proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının; Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi Dövlət Proqramı; “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun tərtib edilib.
Proqramda Zərdab rayonunun coğrafi-iqtisadi və sosial xarakteristikası, sosial-iqtisadi inkişafının iqtisadi fəaliyyət sahələri üzrə mövcud durumu, rayonda daxili və xarici investisiyalardan istifadənin nəticələri, mövcud innovasiya infrastrukturunun fəaliyyəti, yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsinin vəziyyəti təhlil edilib, qiymətləndirilib, rayonun sosial-iqtisadi sisteminə daxil olan sahələrin innovasiya fəaliyyətinin genişləndirilməsi üzrə kompleks xarakterli tədbirlər işlənilib, sosial-iqtisadi və innovativ inkişafı xarakterizə edən göstəricilərin proqnozu verilib.
Qeyd edək ki, kitab şəklində hazırlanan proqramın bu günlərdə Elmi İnnovasiyalar Mərkəzində təqdimatı keçirilib. Proqramı iqtisad elmləri doktoru, professor Təbriz Əliyev təqdim edib.
Tədbirdə EİM-in rəhbərliyi və Zərdab rayon İcra Hakimiyyətinin başçısı, iqtisad üzrə fəlsəfə doktoru Lütfəli Babayev iştirak ediblər.
Həqiqət İSABALAYEVA
Azərbaycanda ilk dəfə “Zərdab rayonu: Regional İnnovasiya Proqramı” hazırlanıb
Azərbaycanda ilk dəfə “Zərdab rayonu: Regional İnnovasiya Proqramı (2014-2018-ci illər)” hazırlanıb. Proqram Zərdab rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin (EİM) mütəxəssisləri tərəfindən tərtib edilib.EİM-dən verilən məlumata görə, proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının; Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi Dövlət Proqramı; “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun tərtib edilib.
Proqramda Zərdab rayonunun coğrafi-iqtisadi və sosial xarakteristikası, sosial-iqtisadi inkişafının iqtisadi fəaliyyət sahələri üzrə mövcud durumu, rayonda daxili və xarici investisiyalardan istifadənin nəticələri, mövcud innovasiya infrastrukturunun fəaliyyəti, yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsinin vəziyyəti təhlil edilib, qiymətləndirilib, rayonun sosial-iqtisadi sisteminə daxil olan sahələrin innovasiya fəaliyyətinin genişləndirilməsi üzrə kompleks xarakterli tədbirlər işlənilib, sosial-iqtisadi və innovativ inkişafı xarakterizə edən göstəricilərin proqnozu verilib.
Qeyd edək ki, kitab şəklində hazırlanan proqramın bu günlərdə Elmi İnnovasiyalar Mərkəzində təqdimatı keçirilib. Proqramı iqtisad elmləri doktoru, professor Təbriz Əliyev təqdim edib.
Tədbirdə EİM-in rəhbərliyi və Zərdab rayon İcra Hakimiyyətinin başçısı, iqtisad üzrə fəlsəfə doktoru Lütfəli Babayev iştirak ediblər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 999
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır