12px13px15px17px
Tarix:21/10/14

Bolqarıstan geostasionar orbitə Yerin süni peykini buraxmaq niyyətindədir

Bolqarıstanın nəhəng “Bulsatcom” televiziya operatoru geostasionar orbitə “Bulgaria Sat 1” süni peykini buraxmağa hazırlaşır. Bu, ölkə tarixində ilk belə kosmik aparat olacaq.

Yer kürəsi səthindən 36 min km məsafədə peyk internet, rəqəmli radio və yüksək təsvir ölçülü televiziyaya çıxışı təmin edəcək. Layihənin təqdimat mərasimində şirkət nümayəndələrinin bildirdiyinə görə, “Bulgaria Sat 1” peyki hazırda “Space Sistem/Loral” şirkəti tərəfindən istehsal olunur və 2016-cı ildə Kanaveral kosmodromundan ABŞ-ın “Falkon 9” raketdaşıyıcı vasitəsilə kosmosa buraxılacaq.   

Peykin geostasionar orbitdə istismar müddəti 15 il təşkil edir. Aparatın enerjisi ümumi gücü 10 kVt təşkil edən altı günəş batareyası ilə təmin ediləcək, siqnalı 32 transponder ötürəcək.
Layihə ABŞ və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir, - “TASS” yazır.



Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024