Tarix:21/10/14
Belə ki, informasiya cəmiyyətinin və elektron hökumətin təşəkkül tapması yönündə müvafiq hüquqi baza yaradılıb dövlət proqramları həyata keçirilir və zəruri islahatlar aparılır, vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artırılır.
Artıq vətəndaşlar "Elektron hökumət" portalı vasitəsilə müxtəlif dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən istifadə etmək imkanına malikdirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) da vətəndaşlara göstərdiyi elektron xidmətlər "Elektron hökumət" portalına inteqrasiya edilib və vətəndaşların istifadəsinə verilib. Hər bir şəxs komissiyanın "Dövlət qulluğu stajı kalkulyatoru", "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu", "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu", "Dövlət qulluqçularının Reyestrindən məlumatların verilməsi", "Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi", "Onlayn sınaq test imtahanlarının keçirilməsi" adlı sadə işləmə mexanizmi olan elektron xidmətlərindən çox asanlıqla istifadə edə bilərlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq dövlət orqanları tərəfindən "Elektron hökumət" portalı vasitəsilə vətəndaşlara təqdim olunan e-xidmətlərdən istifadə etmənin monitorinqini aparır. 2014-cü ilin sentyabr ayı üçün açıqlanan statistik məlumata əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya göstərdiyi e-xidmətlərdən istifadə sayına görə 42 dövlət qurumu sırasında 5-ci olub.
Qeyd edək ki, sentyabr ayı ərzində Komissiyanın göstərdiyi e-xidmətdən 5453 vətəndaş istifadə edib.
SEYMUR
DQMK-nın göstərdiyi elektron xidmətlərdən 5453 vətəndaş istifadə edib
Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində də gündən-günə güclənir və inkişaf edir.Belə ki, informasiya cəmiyyətinin və elektron hökumətin təşəkkül tapması yönündə müvafiq hüquqi baza yaradılıb dövlət proqramları həyata keçirilir və zəruri islahatlar aparılır, vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artırılır.
Artıq vətəndaşlar "Elektron hökumət" portalı vasitəsilə müxtəlif dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən istifadə etmək imkanına malikdirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) da vətəndaşlara göstərdiyi elektron xidmətlər "Elektron hökumət" portalına inteqrasiya edilib və vətəndaşların istifadəsinə verilib. Hər bir şəxs komissiyanın "Dövlət qulluğu stajı kalkulyatoru", "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu", "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu", "Dövlət qulluqçularının Reyestrindən məlumatların verilməsi", "Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi", "Onlayn sınaq test imtahanlarının keçirilməsi" adlı sadə işləmə mexanizmi olan elektron xidmətlərindən çox asanlıqla istifadə edə bilərlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq dövlət orqanları tərəfindən "Elektron hökumət" portalı vasitəsilə vətəndaşlara təqdim olunan e-xidmətlərdən istifadə etmənin monitorinqini aparır. 2014-cü ilin sentyabr ayı üçün açıqlanan statistik məlumata əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya göstərdiyi e-xidmətlərdən istifadə sayına görə 42 dövlət qurumu sırasında 5-ci olub.
Qeyd edək ki, sentyabr ayı ərzində Komissiyanın göstərdiyi e-xidmətdən 5453 vətəndaş istifadə edib.
SEYMUR
Baxış sayı: 884
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır