12px13px15px17px
Tarix:21/10/14

“Google” “Android” və “Chrome OS”-u bir platformada birləşdirəcək

“The Wall Street Journal” nəşri yazır ki, “Google”  mobil və masaüstü əməliyyat sistemlərini birləşdirmək istəyir.

Nəşrin məlumatına görə, “Android”in hazırlanması üzrə vitse-prezident Xiroşi Lokhaymer “Chrome OS” əməliyyat sistemi ilə bağlı suallara cavab verən komandaya rəhbərlik edib. “Android”, “Chrome” və “Google Apps” üzrə baş vitse-prezident Sandar Piçai onun birbaşa rəhbəri olub.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, jurnalistlərin fikrincə, “Chrome OS” və “Android”ə Lokhaymer tərəfindən eyni zamanda kuratorluq edilməsi iki platformanın sürətli inteqrasiyasından xəbər verə bilər.

“Google”un Direktorlar şurasının sədri Erik Şmidt “Chrome OS” və “Android”in mümkün birləşməsi haqda şayiələri bir neçə dəfə təkzib edərək deyib ki, bu əməliyyat sistemləri bəzi oxşarlıqlarına baxmayaraq, müxtəlif işləri icra edirlər.

Emil Hüseynov



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024