Tarix:21/10/14
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sentyabrın 27-də başa çatmış rübdə “Apple” 12,3 milyon planşet kompüteri satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,77 milyon daha azdır. Əvvəlki iki rübdə, “iPad”in satış həcmi, həmçinin azalıb. Amma “Apple” korporasiyası cari rübdə yeni “iPad Air 2” və “iPad mini 3” qurğularının satışları hesabına bu tendensiyanı aradan qaldırmağa ümid edir.
Bu halda hesabat rübündə “iPhone”nun satış həcmi xeyli artıb: “Apple” ötən ilin müvafiq dövrü (33,8 milyon) ilə müqayisədə 39,3 milyon smartfon satmağa nail olub. Yeni “iPhone 6” və “iPhone 6 Plus” qurğularının “birinci dalğa” ölkələrinə satışları nəticəyə təsir edib. “Apple”ın məlumatına görə, birinci həftəsonu təxminən 10 milyon yeni qurğu satılıb.
2014-cü ilin iyul-sentyabr ayları ərzində “Mac” kompüterlərinin satış həcmi 5,52 milyon qurğuyadək artıb. Fərdi kompüter bazarı həcminin azalmasına baxmayaraq, “Apple”da kompüterlərin satış həcmi sabit olaraq artır. Cari rübdə “Retina” displeyli “iMac” və yeni “Mac mini” qurğuları satışı bu tendensiyanı saxlaya bilər.
“iPod” pleyerlərinin rüblük satış həcmi ötən illə (3,5 milyon) müqayisədə 2,64 milyon qurğuyadək azalıb. Hazırda “Apple”ın gəlirinin yalnız 1%-i bu qurğunun payına düşür və şirkət buna görə növbəti rübdən “iPod”un satış həcmi haqda məlumatları "Aksessuarlar" kateqoriyasına daxil edəcək.
Emil Hüseynov
“iPad”in satış həcmi üçüncü rüb ardıcıl azalıb
2014-cü ilin iyul-sentyabr aylarında “iPad” planşetlərinin satış həcmi azalıb; “Apple” şirkətində bu göstərici üçüncü rübdür ki ardıcıl azalır. “Apple”ın saytındakı maliyyə hesabatı da bunu göstərir."ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sentyabrın 27-də başa çatmış rübdə “Apple” 12,3 milyon planşet kompüteri satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,77 milyon daha azdır. Əvvəlki iki rübdə, “iPad”in satış həcmi, həmçinin azalıb. Amma “Apple” korporasiyası cari rübdə yeni “iPad Air 2” və “iPad mini 3” qurğularının satışları hesabına bu tendensiyanı aradan qaldırmağa ümid edir.
Bu halda hesabat rübündə “iPhone”nun satış həcmi xeyli artıb: “Apple” ötən ilin müvafiq dövrü (33,8 milyon) ilə müqayisədə 39,3 milyon smartfon satmağa nail olub. Yeni “iPhone 6” və “iPhone 6 Plus” qurğularının “birinci dalğa” ölkələrinə satışları nəticəyə təsir edib. “Apple”ın məlumatına görə, birinci həftəsonu təxminən 10 milyon yeni qurğu satılıb.
2014-cü ilin iyul-sentyabr ayları ərzində “Mac” kompüterlərinin satış həcmi 5,52 milyon qurğuyadək artıb. Fərdi kompüter bazarı həcminin azalmasına baxmayaraq, “Apple”da kompüterlərin satış həcmi sabit olaraq artır. Cari rübdə “Retina” displeyli “iMac” və yeni “Mac mini” qurğuları satışı bu tendensiyanı saxlaya bilər.
“iPod” pleyerlərinin rüblük satış həcmi ötən illə (3,5 milyon) müqayisədə 2,64 milyon qurğuyadək azalıb. Hazırda “Apple”ın gəlirinin yalnız 1%-i bu qurğunun payına düşür və şirkət buna görə növbəti rübdən “iPod”un satış həcmi haqda məlumatları "Aksessuarlar" kateqoriyasına daxil edəcək.
Emil Hüseynov
Baxış sayı: 1056
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır