Tarix:21/10/14
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, müqavilə MHM və “Unibank” arasında imzalanıb. Müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır.
“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlara dövlət və özəl təşkilatlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi üçün yaradılıb. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək. Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir. İstifadəçi autentifikasiyadan keçdikdən sonra xidmətdən yararlana biləcək və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları elektron arayışda avtomatik olaraq öz əksini tapacaq. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsi ilə də göndərə bilər.
Qeyd edək ki, elektron xidmətə daxil olunan zaman 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunacaq. Gələcəkdə daha çox qurumların məlumatları təqdim etməsı nəzərdə tutulub. İyunun 17-də istifadəçilərə təqdim olunan bu xidmətə indiyədək 6710 dəfə müraciət olunub.
Xatırladaq ki, ilk olaraq “Bank of Baku” “Elektron hökumət” portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayışın verilməsi xidmətindən istifadəyə başlayıb.
CAHANGİR
Ölkənin daha bir bankından elektron arayış əsasında kredit almaq olar
Artıq “Elektron hökumət” portalı ilə əməkdaşlıq sayəsində “Unibank” Kommersiya Bankı ASC (Unibank) kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, müqavilə MHM və “Unibank” arasında imzalanıb. Müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır.
“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlara dövlət və özəl təşkilatlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi üçün yaradılıb. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək. Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir. İstifadəçi autentifikasiyadan keçdikdən sonra xidmətdən yararlana biləcək və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları elektron arayışda avtomatik olaraq öz əksini tapacaq. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsi ilə də göndərə bilər.
Qeyd edək ki, elektron xidmətə daxil olunan zaman 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunacaq. Gələcəkdə daha çox qurumların məlumatları təqdim etməsı nəzərdə tutulub. İyunun 17-də istifadəçilərə təqdim olunan bu xidmətə indiyədək 6710 dəfə müraciət olunub.
Xatırladaq ki, ilk olaraq “Bank of Baku” “Elektron hökumət” portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayışın verilməsi xidmətindən istifadəyə başlayıb.
CAHANGİR
Baxış sayı: 1461
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib