12px13px15px17px
Tarix:22/10/14

Litva Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsini istəyir


 Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlib.
 
Səfər çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla baş tutan görüşdə bir sıra sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində də ticarət əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
 
 Nazir E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu və əsas beynəlxalq məsələlər üzrə ölkələrimizin mövqeyinin yaxın olduğunu qeyd edərək, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
 
 
 İki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən litvalı nazir ölkəmizin Litvanın Cənubi Qafqaz regionunda  əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb. O, bu səfər çərçivəsində Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın dördüncü iclasının keçirilməsinin məmnunluq doğurduğunu deyib. 
 
 
 Avropa İttifaqı ilə əməkdaşlıq və Şərq Tərəfdaşlığı proqramına toxunan Linas Linkeviçius ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb. 
 
 
 Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunan Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
 
 
Görüş əsnasında  elm-təhsil, mədəniyyət, idman və digər humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
 
 
SEYMUR



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024