12px13px15px17px
Tarix:22/10/14

Elmin İnkişafı Fondu 2-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsini elan etdi

Prezident yanında Elmin İnkişafı Fondu (EİF) ilə Belarus Respublika Fundamental Tədqiqatlar Fondu birgə elmi tədqiqat layihələrinin və proqramlarının maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2-ci Azərbaycan - Belarus beynəlxalq müsabiqəsini elan edib.

Fonddan bildirilib ki, EİF ilə Belarus Milli Elmlər Akademiyası (BMEA) və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu (BRFTF) arasında 2012-ci il 28 sentyabr tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında beynəlxalq Sazişə əsasən, 2012-ci il dekabrın 28-də 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan edilib, 2013-cü il iyunun 6-da nəticələr açıqlanıb və 7 qalib layihə müəyyənləşdirilib. 1-ci müsabiqənin uğurları və ötən bir il ərzində əldə edilmiş nəticələr növbəti birgə qrant müsabiqəsinin keçirilməsi üçün zəmin yaradıb.


I müsabiqədən fərqli olaraq, 2-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsində bütün elm sahələri və istiqamətləri üzrə təqdim olunmuş fundamental-tətbiqi xarakterli beynəlxalq layihələr maliyyələşdiriləcək.
 
Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kollektivlərə veriləcək. Müsabiqə çərçivəsində EİF tərəfindən qrant maliyyələşdirilməsinin cəmi həcmi 500 000 manatdır.
 
 
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu oktyabrın 27-dən dekabrın 27-si saat 17:00-a qədər aparılacaq. Sənəd qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
 
 
Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2-ci birgə beynəlxalq müsabiqənin nəticələri 2015-ci ilin 2-ci rübündə açıqlanacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024