12px13px15px17px
Tarix:22/10/14

“İnformasiya təhlükəsizliyinin qorunması sahəsində beynəlxalq standartların tətbiqi aktual məsələlərdəndir”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasının müəssisə və təşkilatların fəaliyyətinin səmərəli təşkilində rolu” mövzusunda seminar keçirilib.
 
Seminarda Bakıda səfərdə olan Türkiyə Akkreditasiya Qurumunun direktor müavini Əhməd Təkin və qurumun keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə mütəxəssisi Damla Duvan da iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyev ölkəmizdə gedən sürətli iqtisadi inkişafın, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin Azərbaycanda keyfiyyət infrastrukturunun tərkib hissələri olan standartlaşdırma, metrologiya, akkreditasiya, sertifikatlaşdırma sahələrinin beynəlxalq standartlara uyğun təşkili ilə nəticələndiyini deyib.
 
Onun sözlərinə görə, son dövrlər müəssisələrdə işçilərin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyinin təmin olunması və informasiya təhlükəsizliyinin qorunması sahələrində beynəlxalq standartların tətbiqi aktual məsələlərdəndir. Bu istiqamətdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi beynəlxalq təşkilatlarla əməkdaşlıq, həmçinin İSO seriyalı standarların tətbiqi və bunun əsasında sertifikatlaşdırma işlərinin təkmilləşdirilməsi üçün bir sıra layihələr icra edib. Türkiyə Akkreditasiya Qurumu ilə əməkdaşlıq da bu qəbildəndir.
 
 
Türkiyə Akkreditasiya Qurumunun direktor müavini Əhməd Təkin qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycanda keyfiyyəti idarəetmə sistemlərinin beynəlxalq standartlar əsasında inkişaf etdiyini bildirib. Bu sahədə əldə olunan uğurları yüksək qiymətləndirən qonaq iki qurum arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyini qeyd edib.
 
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AzSERT” sertifikatlaşdırma orqanının rəhbəri Bəhram Yaqubov çıxışında ölkəmizdə beynəlxalq standartların tətbiqi vəziyyəti, idarəetmə sistemlərinin sertifikatlaşdırılmasında xarici təcrübə, bu standartların tətbiqi ilə müəssisə və təşkilatlar qarşısında açılan imkanlar haqqında məlumat verib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024