12px13px15px17px
Tarix:23/10/14

Böyük Britaniyada “MasterCard” müştəriləri ödənişsiz “Wi-Fi” nöqtəsinə çıxış əldə ediblər

“MasterCard” şirkəti Britaniyanın ən böyük “Wi-Fi” operatorlarından biri “The Cloud” ilə əməkdaşlıq haqda razılaşma imzalayıb. Nəticədə “MasterCard” kart sahiblərinə minlərlə ictimai yerdə (“The Cloud” Böyük Britaniya üzrə 21 mindən çox Wi-Fi giriş nöqtəsi məxsusdur) ödənişsiz internet çıxışa zəmanət verilir.


Beləliklə, işgüzar səfər və ya məzuniyyət zamanı turizm məqsədi ilə Birləşmiş Krallığa gələn istifadəçilər yüksək rouminq tarifləri və mövcud tarif planı çərçivəsində məhdud məlumat trafiki səbəbindən bir çox xidmətlər, həmçinin sosial şəbəkələrdə işlərini məhdudlaşdırmaq məcburiyyətində olmayacaqlar. Bundan başqa, axın audio və videokontent xidmətlərinə güvənərək musiqidən həzz almaq, həmçinin televiziya şousu və filmləri izləmək imkanı istifadəçiləri mobil qurğunun yaddaşını öncədən elektron kitab, film və istənilən başqa növ əyləncə məzmunu ilə doldurmaqdan xilas edəcək. Amma bir şərtlə ki, sizin portmanetinizdə “MasterCard” kartı var.


"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, şəbəkəyə daha sürətli simsiz çıxış əldə etmək üçün smartfon və ya planşetə “MasterCard Priceless London WiFi” tətbiqini quraşdırmaq lazımdır.


Emil Hüseynov
 
 



Baxış sayı: 834

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024