Tarix:24/10/14
Həmçinin məşğulluqla bağlı qanunvericiliyin, habelə dövlət məşğulluq xidmətinin institusional strukturunun və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması prioritet məsələlərdəndir. Avropa İttifaqı ilə qeyd olunan sahələrdə əməkdaşlıq müsbət nəticələr verə bilər.
Bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının (Aİ) Bakı ofisinin nümayəndələri ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib. Ötən dövrdə Aİ ilə birgə icra olunan layihələrin ölkəmizin sosial müdafiə sistemində aparılan islahatlara mühüm dəstək olduğunu deyən M.Kərimli bu təcrübənin məşğulluq və əmək bazarının inkişafı sahəsində də davam etdirilməsinin önəmli ola biləcəyini vurğulayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Avropa İttifaqının Bakı ofisinin əməliyyatlar şöbəsinin müdiri Yeron Vilyams Aİ-nin sözügedən prioritetlər üzrə texniki və institusional dəstəyi verməyə hazır olduğunu qeyd edib, bu məsələlərin həlli ilə bağlı Avropa İttifaqının mövcud imkanları barədə məlumat verib.
Həqiqət İSABALAYEVA
Statistik hesabatların formalaşdırılması üzrə avtomatlaşdırılmış vahid informasiya sistemi yaradılacaq
İşaxtaranların və vakansiyaların qeydiyyatı, statistik hesabatların formalaşdırılması üzrə avtomatlaşdırılmış vahid informasiya sisteminin yaradılması, beynəlxalq təcrübə əsasında əmək bazarının proqnozlaşdırılması üzrə metodologiyanın hazırlanması qarşıda duran vəzifələrdəndir.Həmçinin məşğulluqla bağlı qanunvericiliyin, habelə dövlət məşğulluq xidmətinin institusional strukturunun və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması prioritet məsələlərdəndir. Avropa İttifaqı ilə qeyd olunan sahələrdə əməkdaşlıq müsbət nəticələr verə bilər.
Bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının (Aİ) Bakı ofisinin nümayəndələri ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib. Ötən dövrdə Aİ ilə birgə icra olunan layihələrin ölkəmizin sosial müdafiə sistemində aparılan islahatlara mühüm dəstək olduğunu deyən M.Kərimli bu təcrübənin məşğulluq və əmək bazarının inkişafı sahəsində də davam etdirilməsinin önəmli ola biləcəyini vurğulayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Avropa İttifaqının Bakı ofisinin əməliyyatlar şöbəsinin müdiri Yeron Vilyams Aİ-nin sözügedən prioritetlər üzrə texniki və institusional dəstəyi verməyə hazır olduğunu qeyd edib, bu məsələlərin həlli ilə bağlı Avropa İttifaqının mövcud imkanları barədə məlumat verib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 737
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır