Tarix:24/10/14
Seçkilər BTİ-nin Koreya Respublikasının Busan şəhərində keçirilən Səlahiyyətli Konfransının plenar iclasında keçirilib. Səsvermə üçün 156 bülleten təqdim olunub və 152 nəfər Houlin Çjaonun lehinə səs verib. Bu vəzifəyə digər namizədliklər irəli sürülməyib.
Səsvermədən sonra konfrans iştirakçılarına müraciət edən təşkilatın yeni baş katibi BTİ-nin missiyasının həyata keçirilməsi və sıx əməkdaşlıq sayəsində təşkilat tərəfindən dünyanın rabitə ictimaiyyətini və informasiya cəmiyyətini keyfiyyətli xidmətlərlə təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edib.
Xoulin Çjao 30 ildən çox müddətdə elektrorabitə sahəsində beynəlxalq səviyyədə fəaliyyət göstərən nüfuzlu mühəndisdir. Hazırda o, BTİ baş katibinin müavinidir. O, bu vəzifəni təşkilatın 2006-cı ildə Türkiyənin Antalya şəhərində keçirilən Səlahiyyətli Konfransında seçildikdən sonra 1 yanvar 2007-ci ildən tutmağa başlayıb. Houlin Çjao BTİ-nin 2010-cu ildə Meksikanın Qvadalaxara şəhərində baş tutan Səlahiyyətli Konfransında ikinci dördillik müddətə yenidən seçilib.
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.
Beynəlxalq Telekommunikasiya İttifaqına yeni baş katib seçilib
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 19-cu Səlahiyyətli Konfransı Çin nümayəndəsi Houlin Çjaonu yekdilliklə təşkilatın yeni baş katibi seçib. O, vəzifə səlahiyyətlərinin icrasına 1 yanvar 2015-ci ildə başlayacaq və bu vəzifəni dörd il tutmaqla növbəti seçkilərdə yenidən namizədliyini dördillik müddətə verə biləcək. Bu barədə BTİ-nin məlumatında deyilir.Seçkilər BTİ-nin Koreya Respublikasının Busan şəhərində keçirilən Səlahiyyətli Konfransının plenar iclasında keçirilib. Səsvermə üçün 156 bülleten təqdim olunub və 152 nəfər Houlin Çjaonun lehinə səs verib. Bu vəzifəyə digər namizədliklər irəli sürülməyib.
Səsvermədən sonra konfrans iştirakçılarına müraciət edən təşkilatın yeni baş katibi BTİ-nin missiyasının həyata keçirilməsi və sıx əməkdaşlıq sayəsində təşkilat tərəfindən dünyanın rabitə ictimaiyyətini və informasiya cəmiyyətini keyfiyyətli xidmətlərlə təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edib.
Xoulin Çjao 30 ildən çox müddətdə elektrorabitə sahəsində beynəlxalq səviyyədə fəaliyyət göstərən nüfuzlu mühəndisdir. Hazırda o, BTİ baş katibinin müavinidir. O, bu vəzifəni təşkilatın 2006-cı ildə Türkiyənin Antalya şəhərində keçirilən Səlahiyyətli Konfransında seçildikdən sonra 1 yanvar 2007-ci ildən tutmağa başlayıb. Houlin Çjao BTİ-nin 2010-cu ildə Meksikanın Qvadalaxara şəhərində baş tutan Səlahiyyətli Konfransında ikinci dördillik müddətə yenidən seçilib.
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.
Baxış sayı: 850
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır